Azərbaycanda və Cənubi Qafqazda yenilik

Azərbaycanda və Cənubi Qafqazda yenilik

Təxirəsalınmaz pediatriya üçün PALS üzrə ilk VR-trenajor təqdim olunub

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) sifarişi əsasında Azərbaycanda həkimlərin PALS (Pediatrik Təkmil Həyata Dəstək Təlimi) protokolu üzrə təxirəsalınmaz yardım bacarıqlarının öyrənilməsi məqsədilə, tibbi təhsil alan tələbələr üçün VR (Virtual reallıq) simulyasiya trenajoru hazırlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, proqram Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrinin həm müstəqil, həm də müvafiq kafedranın müəllim və klinisistləri ilə birgə tədrisi üçün nəzərdə tutulub. Simulyasiya yerli klinik reallıqlara və tədris proqramlarına uyğunlaşdırılıb, interfeys isə Azərbaycan dilində hazırlanıb.
ATU müəllimlərinin köməyi ilə hazırlanan bu proqramda tələbənin VR dəbilqəsini taxaraq virtual reanimasiya palatasına düşməsi, monitorların səsini eşitməsi, uşağın vəziyyətindəki dəyişiklikləri görməsi və pasiyentin həyatını xilas etmək üçün təcili qərarlar qəbul etməsi əks olunub. Alqoritm üzrə təlimatların məşq etdirilməsi, tənəffüs və nəbzin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyasına başlanılması, dərmanların dozaların hesablanılması, defibrillasiya, komanda işi, nəticələr və vaxt göstəricilərinin qeydə alınması, daha sonra isə səhvlər və güclü tərəflər üzrə təhlil aparılması proqramlaşdırılıb.
Tibb müəssisələri, universitet və kolleclərdə təşkil oluna bilən bu proqramla məşğələlər üçün standart kompüter və VR-qarnitur kifayətdir. Sərfiyyat materialları və böyük simulyasiya mərkəzinə ehtiyac yoxdur. Bu da regionlarda miqyaslandırma və əlçatanlığı asanlaşdırır.
VR trenajorla daha ətraflı https://drive.google.com/.../1lJmGDlPAZwM9uXJP4OiIBK.../view linkinə keçməklə tanış olmaq mümkündür.


Xəbəri paylaş



Mart 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova