Korrupsiya ilə mübarizə üzrə təlim keçirildi

Korrupsiya ilə mübarizə üzrə təlim keçirildi

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın icrası üzrə Fəaliyyət Planına uyğun olaraq, Səhiyyə Nazirliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim təşkil edilib.
DİM-in nümayəndəsi keçirdiyi təlim zamanı iştirakçılara korrupsiya hüquqpozmalarına dair mühüm məsələlər, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydalarının əhəmiyyəti, etik davranış qaydalarının tətbiqi məsələləri barədə məlumat verilib.
Təlimin sonunda korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda etik davranış qaydaları mövzusunda təlim iştirakçılarının sualları cavablandırılıb.


Xəbəri paylaş



Mart 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova