“Səhiyyə sistemi” işçi qrupunun növbəti iclası keçirilib

“Səhiyyə sistemi” işçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, iclasda gündəliyə müvafiq olaraq səhiyyə sahəsində ölüm səbəbləri üzrə statistik göstəricilərin təhlili aparılıb. Həmçinin, Ailə Sağlamlıq Mərkəzlərinin, tibb məntəqələrinin fəaliyyəti, bu sahə üzrə yeniliklər və irəliləyişlər barədə məlumatlar verilib.
Eyni zamanda, qurumlar tərəfindən əvvəlki iclasın yekunu üzrə verilmiş tapşırıqlara dair məlumatlar dinlənilib.
Sonda 2026-cı il üzrə Fəaliyyət Planına dair təkliflər müzakirə edilib və növbəti iclas üçün qrup üzvlərinə tapşırıqlar müəyyənləşdirilib.


Xəbəri paylaş



Mart 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova