Tatarıstan Azərbaycanla səhiyyə sahəsində əməkdaşlıqda maraqlıdır

Tatarıstan Azərbaycanla səhiyyə sahəsində əməkdaşlıqda maraqlıdır

Azərbaycan Səhiyyə Nazirliyində Tatarıstan Respublikası Baş nazirinin müavini – Tatarıstanın sənaye və ticarət naziri Oleq Korobçenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə həmçinin Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəsi Murad Qadılşin iştirak edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, qonaqları salamlayan səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və Nadir Zeynalov Azərbaycanın Tatarıstanla bir çox sahələrdə ikitərəfli əlaqələrindən söz açıb, möhkəm dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıblar. Azərbaycanla Tatarıstan arasında səhiyyə sahəsində də ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğu qeyd olunub.
Öz növbəsində, Tatarıstanın nümayəndə heyəti Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıblar.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Xəbəri paylaş



Mart 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova