Respublika QİÇS-lə Mübarizə Mərkəzi stomatoloqlara təlimlər keçir

Respublika QİÇS-lə Mübarizə Mərkəzi stomatoloqlara təlimlər keçir

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Qlobal Fondun dəstəyi ilə 2025-ci ilin təlim proqramı çərçivəsində növbəti təlimlərə başlayıb. Dörd günlük təlimlər stomatoloqlar, Bakı şəhəri üzrə poliklinikaların rəhbər heyəti, qadın məsləhətxanalarının həkim mama-ginekoloqları və Bakı şəhərinin orta məktəblərində çalışan biologiya müəllimləri üçün nəzərdə tutulub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ilk təlimə Azərbaycan Tibb Universitetinin Stomatologiya kafedrasının əməkdaşları, Ədliyyə Nazirliyinin Tibb xidmətinin nümayəndələri, eləcə də Bakı və regionlarda fəaliyyət göstərən özəl sektor stomatoloqları cəlb edilib. Təlimin ilk günündə onlara “Stomatoloji xidmətlərin təşkili zamanı İİV infeksiyasının idarə olunmasına dair müasir yanaşmalar” mövzusunda peşəkar treninq keçirilib.
Mərkəzin direktoru Famil Məmmədov Azərbaycanda İİV infeksiyası ilə bağlı mövcud vəziyyət və həyata keçirilən tədbirlərdən danışaraq bildirib ki, aparılan məqsədyönlü əksepidemik tədbirlər nəticəsində regiondakı digər ölkələrlə müqayisədə Azərbaycanda bu virusun yayılmasının dəfələrlə aşağı səviyyədə saxlanılmasına nail olunub.
İştirakçılara İİV/QİÇS-in yoluxma yolları, yayılması, profilaktik proqramların vacibliyi barədə məlumat verilib, dünyada və Azərbaycandakı mövcud epidemioloji vəziyyət təhlil edilib, hədəfə çatmaq üçün görüləcək işlər müzakirə olunub.
Azərbaycanda İİV-ə görə aparılan müayinələrin təşkili qaydaları, ağız boşluğu və üz-çənə nahiyəsində İİV infeksiyasının xüsusiyyətləri, İİV/QİÇS-lə mübarizədə profilaktik tədbirlər – təmasdan öncə və təmasdan sonra profilaktika, İİV-lə yaşayan insanlara qarşı stiqmanın aradan qaldırılması mövzularında RQMM-in mütəxəssislərinin xüsusi hazırlanmış təqdimatları maraqla qarşılanıb.
Həmçinin iştirakçılara stomatoloji xidmətlər zamanı İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları barədə geniş məlumat verilib.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.


Xəbəri paylaş




Oktyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova