Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşəbbüsü, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İSİM, Respublika Endokrinoloji Mərkəzi və Azərbaycan Diabet Liqasının birgə əməkdaşlığı ilə 14 Noyabr – Ümumdünya Diabet Gününə həsr edilmiş tədbir təşkil olunub.
Nazirliyin mətbuat xidmətinin bildirdiyinə görə, tədbirdə çıxış edən İSİM-in direktoru Səbinə Babazadə Ümumdünya Diabet Gününün mahiyyəti haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının (IDF) təşəbbüsü ilə 1991-ci ildən etibarən hər il noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, “İş yerində diabetlə mübarizə aparmaq üçün məlumatlı olun və daha çox cəhd edin” şüarı ilə keçirilən tədbirdə Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev diabet xəstəliyinin müalicəsində mütərəqqi yanaşmaların və müasir dərman vasitələrinin tətbiqinin vacibliyini vurğulayıb. Şöbə müdirinin bildirdiyinə görə, son 5 ildə şəkərli diabet xəstələrinin sayında 1,5, 10 ildə isə 2 dəfədən çox artım qeydə alınıb. Onların arasında ikinci tip şəkərli diabet xəstələri üstünlük təşkil edirlər. Onun sözlərinə görə, 2020-ci ildə 25 min pasiyentdə şəkərli diabet aşkarlanıb. 2024-cü ilin statistikasına əsasən, yeni diaqnoz qoyulan, ilk dəfə qeydiyyata alınan xəstələrin sayı 33,5 minə bərabər olub. Ümumilikdə, qeydiyyatda olan xəstələrin sayı 2020-ci ildə 287 min, 2024-cü ilin sonunda isə 423 min təşkil edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Nelli Veysova çıxışında bildirib ki, şəkərli diabet qeyri-infeksion xəstəliklər arasında kardiovaskulyar və onkoloji xəstəliklərdən sonra ölüm səbəbinə görə üçüncü yeri tutur. O qeyd edib ki, xəstəlik nə qədər erkən aşkarlanarsa və profilaktikası həyata keçirilərsə, ağır fəsadların qarşısını bir o qədər erkən almaq olar. Vaxtında müalicə olunmayan şəkərli diabetin fəsadlaşmalarının müalicəsinə sərf olunan xərc şəkərli diabetin profilaktika və müalicəsinə sərf edilən vəsaitdən çox olur.
Öz çıxışlarında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatları Məlahət İbrahimqızı və İlham Məmmədov, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Respublika Endokrinoloji Mərkəzinin direktoru Kəmalə Ağayeva və digərləri Azərbaycan vətəndaşının sağlamlığının dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayıblar.
Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb.
Qeyd edək ki, Ümumdünya Diabetlə Mübarizə Günü Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə 1991-ci ildən etibarən qeyd olunur. 2007-ci ildən həmin gün BMT-nin himayəsi altında keçirilir.


Xəbəri paylaş




Oktyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova