Tibbi Profilaktika İnstitutu ilə ATU elm sahəsində əməkdaşlıq edəcək

Səhiyyə Nazirliyi V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu ilə Azərbaycan Tibb Universiteti arasında elmi əməkdaşlığa dair memorandum imzalanıb.
Görüş zamanı beynəlxalq səviyyəli birgə tədqiqatların aparılması, əldə ediləcək mühüm elmi nəticələrin müxtəlif konfrans və elmi simpoziumlarda məruzə edilməsi, eyni zamanda, nüfuzlu xarici jurnallarda dərc olunması və qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə olunub.
Memorandum hər iki qurumun rəhbərlərinin iştirakı ilə imzalanıb.
Bu əməkdaşlıq gələcəkdə hər iki qurum arasında elmi və praktiki fəaliyyətin daha da inkişaf etdirilməsinə xidmət edəcək.
Xəbəri paylaş