Əldə olunan nəticələr gələcək strategiyaların qurulmasında bizə yol göstərəcək

Əldə olunan nəticələr gələcək strategiyaların qurulmasında bizə yol göstərəcək

Küçə mühitində olan uşaqlar təhsildən, ailə qayğısından və sağlam həyat şəraitindən kənarda qalan, cəmiyyətin ən həssas və risk altında olan təbəqəsidir. Bu uşaqların fiziki və psixoloji sağlamlığı ciddi təhlükə altındadır. Onlar çox vaxt qidalanma çatışmazlığı, yoluxucu və xroniki xəstəliklər, psixoloji travmalar, istismar və zorakılıq kimi hallarla üzləşirlər.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsinin yekununa həsr olunmuş konfransda çıxış edərkən deyib.
Aynurə Zeynalova bildirib ki, Səhiyyə Nazirliyi bu həssas qrupun müdafiəsi üçün profilaktik tədbirlərin gücləndirilməsi, erkən diaqnostika, tibbi yardımın əlçatan olması və psixoloji dəstək xidmətlərinin artırılmasını prioritet hesab edir: "Lakin bu sahədə uğurlu nəticələr əldə etmək yalnız səhiyyə sisteminin deyil, bütün aidiyyəti qurumların birgə və əlaqəli fəaliyyəti ilə mümkündür. Bu baxımdan, həyata keçirilən layihə çox önəmlidir. Layihə çərçivəsində qurumlararası əməkdaşlığın möhkəmləndirilməsi, məlumat mübadiləsinin təkmilləşdirilməsi və hər bir uşağın taleyinə fərdi yanaşma gələcək fəaliyyətimiz üçün möhkəm bir zəmin yaradır. Əldə olunan nəticələr, formalaşan mexanizmlər və tövsiyələr gələcək strategiyaların qurulmasında bizə yol göstərəcək".


Xəbəri paylaş



May 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova