Teymur Musayev: “Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur”

Teymur Musayev: “Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur”

Azərbaycan səhiyyəsində məqsədli şəkildə rəqəmsallaşma gedir və süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur. Bu, müəyyən istiqamətlərdə, hələlik əsasən radiologiyada artıq tətbiq olunur.
AZƏRTAC xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
“İnanırıq ki, yaxın zamanlarda bu tətbiq digər tibbi sahələri də əhatə edəcək”, - deyə nazir bildirib.
Tibbi sığorta zərfində xidmətlərin genişləndiriləcəyini diqqətə çatdıran nazir deyib: “Hazırda tibbi sığorta zərfinə 3315-dən çox tibbi xidmət daxil edilib. İldən-ilə bu siyahı genişləndirilir. İnanırıq ki, bu il də siyahıya müəyyən tibbi xidmətlər əlavə ediləcək”.
Saxta sertifikatlı plastik cərrahlarla bağlı suala cavab olaraq nazir bildirib ki, bu məsələnin araşdırılması üçün yaradılmış, Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyasının artıq 9 iclası baş tutub.
“Demək olar ki, sənədlərini təqdim etmiş əksər mütəxəssislərlə görüşlər keçirilib. Onların sənədləri təftiş olunub. Komissiyanın işi aprelin əvvəllərində başa çatacaq və Səhiyyə Nazirliyi bu təhqiqatlarla əlaqədar rəsmi açıqlama verəcək”, - deyə T.Musayev əlavə edib.
Nazir xatırladıb ki, ötən il dekabrın 18-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Akademiyasının açılışı olub. “Azərbaycan həmin akademiyanın onlayn istifadəsini tətbiq etmək istəyir. Bu barədə ÜST ilə razılığa gəlinib. Onlayn akademiyada əsasən iqlim dəyişikliyinin qlobal səhiyyəyə təsirləri öyrəniləcək”, - deyə Teymur Musayev əlavə edib.


Xəbəri paylaş



Mart 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova