Səhiyyə naziri jurnalistlərin suallarını cavablandırdı

Səhiyyə naziri jurnalistlərin suallarını cavablandırdı

Səhiyyə naziri Teymur Musayev ona müraciət edən bir neçə jurnalistin suallarına cavab verib.
Plastik cərrahların iş icazəsi ilə bağlı suala cavab olaraq nazir deyib ki, Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Təhsil Nazirliyinin müvafiq qurumlarının nümayəndələrindən ibarət yaradılmış xüsusi Təftiş Komissiyasının indiyədək 5 iclası keçirilib. Plastik cərrahiyyə ilə məşğul olan 40 nəfər mütəxəssisin sənədləri həmin iclaslarda təftiş olunub: "Həmin mütəxəssislər özləri də o iclaslara dəvət olunublar. Araşdırmalar tam şəffaf şəkildə, onların iştirakı ilə aparılıb”.
Nazir bildirib ki, ümumilikdə, 96 nəfər plastik cərrahiyyə ilə məşğul olan mütəxəssis öz sənədlərini təqdim edib. Araşdırmalar davam etdirilir. Təftiş Komissiyasının fəaliyyətinin sonunda Səhiyyə Nazirliyinin rəsmi saytında Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ilə məşğul olmaq icazəsi olan mütəxəssislərin rəsmi siyahısı təqdim ediləcək.
Teymur Musayev bölgələrdə ixtisaslı həkim çatışmazlığı məsələsinə də münasibət bildirib. O deyib ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB bölgələrdə həkim çatışmazlığının aradan qaldırılması üçün birgə strategiya hazırlayıblar.
Səhiyyə naziri jurnalistin verdiyi icazəsiz stomatoloji xidmətlə bağlı suala cavab olaraq deyib ki, stomatoloji fəaliyyətlə bağlı Səhiyyə Nazirliyinə hər hansı rəsmi müraciət olunursa, məsələ dərhal araşdırılır, həmin müəssisələrə yoxlama göndərilir. “Bu kimi məsələlərlə bağlı mütəmadi şəkildə müraciətlər daxil olur və araşdırılır. Əgər stomatoloji fəaliyyət göstərmək üçün müvafiq sənədlər yoxdursa, həmin müəssisələr cərimələnir. Analitik Ekspertiza Mərkəzi bu istiqamətdə fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyi həmin mərkəzlə birlikdə məsələni diqqətdə saxlayır". Bununla belə, Teymur Musayev bu məsələdə vətəndaşların özlərinin də məsuliyyətini vurğulayıb, deyib ki, əgər hər hansı vətəndaş mətbəxdə diş çəkdirirsə, Səhiyyə Nazirliyi buna cavabdeh ola bilməz.







Fevral 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova