Plastik cərrahların sənəd qəbulu dayandırılıb

Plastik cərrahların sənəd qəbulu dayandırılıb

Xəbər verildiyi kimi, Səhiyyə Nazirliyi vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün tədbirlər həyata keçirir. Belə ki, Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən aparılmış ilkin araşdırmalar nəticəsində şübhəli məqamlar müəyyən edilib. Əldə olunan məlumatlardan aydın olub ki, bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb.
Beləliklə, bu sənədlərin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Bununla əlaqədar olaraq səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Komissiya ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlara müraciət edib və bildirib ki, onlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyətlə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) notariat qaydasında təsdiq edilmiş surətlərini 2025-ci il 31 yanvar tarixinədək Səhiyyə Nazirliyinə şəxsən təqdim etsinlər. Bu barədə müxtəlif media vasitəsilə bir neçə dəfə elanlar verilib və xəbərdarlıq olunub ki, mütəxəssis tərəfindən sənədlər lazımi qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin yanvarın 31-də yaydığı məlumata görə, həmin tarixədək nazirliyə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib.
Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq. Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bu tarixədək sənədlərini təqdim etməyən mütəxəssislərin isə praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova