Səhiyyə Nazirliyi Füzulidə əhalinin növbəti tibbi müayinələrini təşkil edib

Səhiyyə Nazirliyi Füzulidə əhalinin növbəti tibbi müayinələrini təşkil edib

Səhiyyə Nazirliyi “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunan ərazilərdə səyyar müayinələr və sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyaları davam etdirir. Bu tədbirlərin başlıca məqsədi müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsinə əlavə tövhə verməkdən ibarətdir.
Növbəti belə tədbir Nazirliyin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən həyata keçirilib. İnstitutun tibb heyəti Füzuli şəhərində sakinlərin müayinələrini aparıb.


Aksiya Füzuli rayonunda yaşayan vətəndaşların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, onlarda zədələrin, qırıq və çıxıqların diaqnostikası və aşkarlanması, travmalar nəticəsində yaranan problemlərin aradan qaldırılması üçün dərhal tibbi müdaxilə və müalicə tədbirlərinin təmin edilməsi məqsədi ilə təşkil olunub. Bundan əlavə, aksiya posttravmatik reabilitasiya proqramlarının tətbiqi ilə vətəndaşların funksional imkanlarının bərpa olunması və həyat keyfiyyətinin artırılması, əhalinin travmatoloji zədələrdən qorunması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və gələcəkdə belə problemlərin qarşısının alınması məqsədini daşıyıb.


Müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Bundan əlavə, onurğa, sinir, dayaq-hərəkət sistemi, bütün növ travmatoloji və ortopedik xəstəliklərin diaqnostikası aparılıb.
Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimləri tədbir iştirakçılarına sağlamlıqlarının tez və effektiv şəkildə bərpasına nail olmaq üçün öz tövsiyələrini veriblər.
Aksiya zamanı 100-ə yaxın vətəndaş müayinələrdən keçirilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsini nəzərdə tutub.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova