Səhiyyə Nazirliyinin nümayəndələri Ümumavropa Liderlik Akademiyasının təlim proqramının seçim mərhələlərini uğurla keçiblər

Səhiyyə Nazirliyinin nümayəndələri Ümumavropa Liderlik Akademiyasının təlim proqramının seçim mərhələlərini uğurla keçiblər
2024-cü ilin iyul ayından başlayan Ümumavropa Liderlik Akademiyasının (ELA Akademiyası) təlim proqramında iştirak etmək üçün regionun 6 ölkəsindən irəli sürülən 31 namizəddən 14 nəfəri seçim mərhələlərindən uğurla keçərək, növbəti proqramda iştirak üçün dəvət alıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdir müavini Təranə Əhmədova və Səhiyyə siyasəti şöbəsinin baş məsləhətçisi Nigar Nəzərli də növbəti mərhələyə yüksəliblər. Təcrübə proqramı (Tier2) Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Ümumdünya Səhiyyə Təşkilatının Regional Avropa Ofisində təşkil olunub.

ELA Akademiyasının Tier2 proqramı çərçivəsində təlim keçdiyi müddətdə səhiyyə sahəsində insan resursları üzrə göstəricilərin, o cümlədən Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malik şəxslərin dövlət reyestrinin təkmilləşməsi üzrə “Tibb müəssisələrinin standart əməliyyat prosedurlarının bazasının təşkili” mövsuzunda layihə hazırlanıb.
Qeyd edək ki, ÜST-nin Regional Avropa Ofisinin əsas təşəbbüsü olan Ümumavropa Liderlik Akademiyası ölkə səviyyəsində maksimum nəticələr əldə etmək üçün insan resurslarının inkişafına yönələn üç səviyyəli proqramdır. Təcrübə proqramının əsas məqsədi Avropa regionunun səhiyyə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının rəsmi nümayəndələrinin qarşılıqlı faydalı bilik və təcrübə mübadiləsi, o cümlədən səhiyyə siyasəti istiqamətində birgə çalışmaq üçün potensialın artırılması və səmərəli layihələrin ərsəyə gəlməsi nəticəsində regionda səhiyyə sisteminin gücləndirilməsidir.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova