Sizin Reklam Burada!

“Sağlam gələcək” sosial layihəsinə başlanılıb

“Sağlam gələcək” sosial layihəsinə başlanılıb

Səhiyyə Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə tərəfdaşlığı ilə “Sağlam gələcək” sosial layihəsinə start verilib.
AZƏRTAC məlumat verir ki, layihə qadınların reproduktiv sağlamlığının qorunmasına dəstək göstərilməsi, profilaktik müayinələrin əhəmiyyəti barədə məlumatlılığın artırılması və sağlam həyat tərzinin təşviqini nəzərdə tutur.
Layihə çərçivəsində AHİK və Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin təşkilatçılığı ilə “Qadın sağlamlığı və reproduktiv rifah” mövzusunda ilk tədbir keçirilib.
Tədbirdə çıxış edənlər qadın sağlamlığının qorunmasının sağlam ailə institutunun möhkəmləndirilməsi, cəmiyyətin davamlı inkişafı və demoqrafik sabitliyin təmin olunması baxımından əhəmiyyətini vurğulayıblar.
Daha sonra mütəxəssislər tərəfindən süd vəzisi sağlamlığı, reproduktiv sağlamlığın qorunması, patologiyaların erkən diaqnostikası və stresin reproduktiv sağlamlığa təsiri mövzularında maarifləndirici təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb.



Xəbəri paylaş



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova