Sizin Reklam Burada!

Parlamentdə “Psixiatriya yardımı haqqında” Qanuna dəyişikliklər müzakirə olunub

Parlamentdə “Psixiatriya yardımı haqqında” Qanuna dəyişikliklər müzakirə olunub

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında gündəlikdəki digər məsələlərlə yanaşı, “Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qanun layihəsini təqdim edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib ki, layihənin əsas məqsədi psixiatriya yardımı sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, şəxslərin hüquq və təhlükəsizliyinin daha effektiv təmin olunması və elektron səhiyyə sisteminin tətbiqidir. Layihədə qanunun 14 maddəsi üzrə 16 əlavə və dəyişiklik təklif olunur. Dəyişikliklərdə psixi pozuntusu olan şəxsin sağlamlıq vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri, habelə müalicədən imtina ilə bağlı məlumatların elektron sağlamlıq kartı sisteminə daxil edilməsi və həmin məlumatların əldə olunması ilə bağlı tənzimləmələr nəzərdə tutulur. Layihədə həmçinin psixiatriya müayinəsinin aparılması prosedurlarının təkmilləşdirilməsi, təxirəsalınmaz hallarda müayinənin həyata keçirilməsi, aidiyyəti şəxslərin məlumatlandırılması mexanizmlərinin dəqiqləşdirilməsi və digər məsələlər də öz əksini tapıb.
Məsələ ilə bağlı iclasda səhiyyə nazirinin müavini Nadir Zeynalov və nazirliyin şöbə müdiri Elçin Qədirov iştirak ediblər.
Qanun layihəsinin müzakirəsində komitə sədri Zahid Oruc, deputatlar Vasif Qafarov, Bəxtiyar Əliyev, Elçin Mirzəbəyli və Nigar Məmmədova çıxış edərək dəyişiklikləri müsbət qiymətləndiriblər, bəzi qeydlərini bildiriblər.
Layihə birinci oxunuşda qəbul edilib.


Xəbəri paylaş



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova