ABŞ Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

ABŞ Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səhiyyə Nazirliyində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı Müvəqqəti işlər vəkili Emi Karlon ilə görüş keçirilib.
Görüş zamanı səhiyyə naziri Teymur Musayev Vaşinqtonda Azərbaycan və ABŞ arasında imzalanmış hökumətlərarası Anlaşma Memorandumunun ikitərəfli tərəfdaşlığın yeni strateji mərhələsinin təməlini qoyduğunu bildirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir Azərbaycanda şəhid ailələrinə və müharibə veteranlarına diqqət və qayğının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu söyləyib. O, səhiyyə sisteminin rəqəmsallaşdırılmasının əhəmiyyətini vurğulayaraq, bu sahədə ölkələrimiz arasında əməkdaşlığın qurulmasının əhəmiyyətini qeyd edib. Eyni zamanda, tibb təhsili, həkimlərin təkmilləşdirilməsi, səhiyyə idarəçiliyi sahəsində təcrübə mübadiləsinin vacibliyi diqqətə çatdırılıb.
Teymur Musayev həmçinin Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə tibb müəssisələrinin yaradılması sahəsində aparılan işlər barədə məlumat verib və gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Emi Karlon Prezident İlham Əliyevin tarixi səfərinin və səfər zamanı Azərbaycan və ABŞ hökumətləri arasında imzalanan Anlaşma Memorandumunun mahiyyətini xüsusi olaraq vurğulayıb.
O, Azərbaycanda şəhid ailələri və müharibə veteranlarına göstərilən qayğını yüksək qiymətləndirərək, təmsil etdiyi ölkənin bu sahədə dəstəyini əsirgəməyəcəyini diqqətə çatdırıb, ABŞ-nin Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Xəbəri paylaş




Dekabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova