Nazirlər Kabineti transplantasiya ilə bağlı qərarlarına dəyişiklik etdi

Nazirlər Kabineti transplantasiya ilə bağlı qərarlarına dəyişiklik etdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Sənədə əsasən, həmin Siyahının on dördüncü sətrinə “gözün buynuz qişası” sözlərindən sonra “sümük iliyi” sözləri əlavə edilib.
Baş nazirin imzaladığı digər Qərara əsasən, Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda da dəyişiklik olunub.
Belə ki, Siyahının on dördüncü sətrinə “gözün buynuz qişası” sözlərindən sonra “sümük iliyi” sözləri əlavə edilib.


Xəbəri paylaş




Dekabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova