Məhkəmə ekspertizası üzrə Konsepsiya qəbul olundu

Məhkəmə ekspertizası üzrə Konsepsiya qəbul olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Dövlət başçısı məhkəmə ekspertizası sahəsində dövlət idarəetməsinin və tənzimlənməsinin təkmilləşdirilməsi, habelə bu sahədə fəaliyyətin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi məqsədilə adıçəkilən Konsepsiyanı təsdiq edib. Sərəncamla Nazirlər Kabinetinə Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət olunması tapşırılıb. Tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini isə Ədliyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 – 2030-cu illər üçün Konsepsiya”da və onun icrasına dair Tədbirlər Planında Səhiyyə Nazirliyinə aid bir sıra bəndlər var.
Konsepsiyanın “Mövcud vəziyyətin təhlili” adlanan 3-cü fəslində bildirilir ki, hazırda ölkəmizdə qeyri-tibb məhkəmə ekspertizası sahəsində əsas fəaliyyət Ədliyyə Nazirliyi tərəfindən, məhkəmə-tibb ekspertizası sahəsində isə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bundan başqa, hərbi qulluqçulara və hərbi məhkəmələrin (hərbi prokurorluqların) səlahiyyətlərinə aid edilmiş cinayət işləri və inzibati xətalar haqqında işlər üzrə hərbi qulluqçu olmayan şəxslərə münasibətdə məhkəmə-tibb ekspertizası həmçinin Müdafiə Nazirliyi, ilkin və əlavə məhkəmə daktiloskopik, məhkəmə tibbi-genetik, məhkəmə partlayış-texniki və məhkəmə ballistik ekspertizaları isə həmçinin Daxili İşlər Nazirliyi tərəfindən icra olunur. Bildirilir ki, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsi (MTEPAB) tərəfindən 8 növ ekspertiza olunur. 2024-cü ildə bu birlik 76 168 ekspertiza edilib. Bu, bütün hadisələrin 51 faizi deməkdir. Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi (MPEM) isə 2 növ ekspertiza edir. Keçən il bu mərkəzin icra etdiyi 5 142 hadisə bütün ekspertizaların 3,5 faizidir. Digər məhkəmə ekspertizası idarələri Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi (MEM), Müdafiə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Mərkəzi (MTEPAM) və Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsidir (KTİ), bunlar da müvafiq olaraq ekspertizaların 28,5, 15,8 və 1,2 faizini təşkil edir. Beləliklə, keçən il ölkəmizdə icra olunan ekspertizaların 54,5 faizi məhz Səhiyyə Nazirliyinin məhkəmə ekspertizası idarələrinin payına düşür.
Konsepsiyanın icrasına dair Tədbirlər Planının “Məhkəmə ekspertizası sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətində keyfiyyət təminatı sisteminin yaradılması və ayrı-ayrı növ məhkəmə ekspertizalarının aparılması sahəsində vahid standartların müəyyən olunması” bölməsinin “Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə texniki komitələrin yaradılması məqsədilə zəruri tədbirlər görülməsi”, “Məhkəmə ekspertizası ensiklopediyasının hazırlanması” və “Məhkəmə ekspertizası idarələrində keyfiyyət təminatı sisteminin qurulması” yarımbəndlərində Səhiyyə Nazirıiyi əsas icraçılardan, “Yeni çağırışlar, qlobal trendlər və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, məhkəmə ekspertizası sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi”, “Məhkəmə ekspertizası sahəsində dövlət standartlarının hazırlanması və qəbulu”, “Sınaq laboratoriyalarının “Uyğunluğun qiymətl əndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçirilməsi” və “Məhkəmə ekspertizasının aparılması şərtlərini və qaydalarını müəyyən edən təlimatın hazırlanması” yarımbəndlərində digər icraçılardan biridir.
Tədbirlər Planının “Məhkəmə ekspertizası fəaliyyətinin rəqəmsallaşdırılması” bölməsinin “Məhkəmə ekspertizası sahəsində vahid informasiya sisteminin fəaliyyətinin təşkili, dövlət orqanlarının (qurumlarının) aidiyyəti dövlət informasiya sistemlərinin və ehtiyatlarının həmin sistemə inteqrasiyasının təmin edilməsi”, “Məhkəmə ekspertizası idarələrinin maddi -texniki təminatının gücləndirilməsi” və “Məhkəmə ekspertizası sahəsindəki mövcud rəqəmsal informasiya resurslarının, o cümlədən metodik fond və reyestrlərin təkmilləşdirilməsi” yarımbəndlərinin icrası əsas icraçı kimi Nazirlər Kabinetinə həvalə olunub. Səhiyyə Nazirliyi bu yarımbəndlərin digər icraçılarından biridir. Bölmənin “Məhkəmə ekspertizası fəaliyyəti sahəsində süni intellektin tətbiqi imkanlarının araşdırılması və nəticəsindən asılı olaraq tədbirlər görülməsi” yarımbəndinin icrası isə Ədliyyə, Səhiyyə, Daxili İşlər və Müdafiə nazirliklərinə tapşırılıb.
Səhiyyə Nazirliyi həmçinin sənədin “Özəl məhkəmə ekspertlərinin səmərəli fəaliyyətinin təmin edilməsi” bölməsinin “Özəl məhkəmə ekspertizası institutunun fəaliyyətinin genişləndirilməsinə dair təkliflər hazırlanması” yarımbəndinin icraçılarından biridir.
Tədbirlər Planının “Məhkəmə ekspertizası idarələrinin kadr potensialının və məhkəmə ekspertlərinin sosial müdafiəsinin gücləndirilməsi” bölməsinin “Beynəlxalq təcrübə və iş yükünün dinamikası nəzərə alınmaqla, məhkəmə ekspertizası idarələrinin ştat vahidlərinin sayının artırılması ilə bağlı təkliflər hazırlanması”, “Məhkəmə ekspertinin ixtisası üzrə tələb olunan baza ali təhsil sahələrinin müəyyən edilməsi və bu sahələrdə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi üzrə tədbirlər görülməsi”, “Məhkəmə ekspertlərinin nəzəri-praktiki hazırlığı, habelə onların bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu məqsədlə xüsusi təlim proqramlarının hazırlanması”, “Məhkəmə ekspertlərinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən əməkhaqlarının artırılması ilə bağlı təkliflər hazırlanması” yarımbəndlərinin icrası əsas icraçı kimi Nazirlər Kabinetinə həvalə olunub. Səhiyyə Nazirliyi bu yarımbəndlərin digər icraçılarından biridir.
Tədbirlər Planının “Məhkəmə ekspertizası idarələrinin infrastrukturunun, maddi-texniki təminatının gücləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi” adlanan növbəti bölməsinin də əsas icraçısı Nazirlər Kabinetidir. Səhiyyə Nazirliyi bu bölmənin “Məhkəmə ekspertizası fəaliyyətinin maliyyə dayanıqlılığının təmin edilməsi və maliyyələşmə mənbələrinin genişləndirilməsi, ekspertiza xərclərinin ödənilməsi mexanizmləri üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi” və “Məhkəmə ekspertizası idarələrinin mərkəzi və yerli qurumlarının ehtiyacları nəzərə alınmaqla yeni binaların inşa edilməsi ilə bağlı tədbirlərin görülməsi” yarımbölmələrinin digər icraçılarından biri kimi müəyyən olunub.


Xəbəri paylaş




Dekabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova