“Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresinin iştirakçılarına

Hörmətli konqres iştirakçıları! Sizi – müxtəlif ölkələrdən “Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresinə gəlmiş alimləri səmimi qəlbdən salamlayır və insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə hər birinizə uğurlar arzu edirəm. Ümidvaram ki, kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafında artıq özünəməxsus yeri olan ənənəvi Bakı konqresi müasir təbabətin yeni müalicə üsulları və texnologiyalarının Azərbaycanda tətbiqinə layiqli töhfəsini verəcəkdir. Ölkəmizdə davamlı surətdə

29-05-2015, 12:27

Dövlət başçısı BMDTU-nun rektoru ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) rektoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Pyotr Qlıboçkonu qəbul edib. Professor P.Qlıboçko Bakıda gedən çox böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğulayıb. O, ölkəmizin müvafiq strukturları ilə əməkdaşlığa toxunaraq, rəhbərlik etdiyi təhsil ocağında xeyli sayda azərbaycanlı tələbənin uğurla təhsil aldığını qeyd edib. Prezident

29-05-2015, 12:22

M.C.Əliyevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası üçün tibb kadrlarının hazırlanması və diaspor quruculuğu sahəsində səmərəli fəaliyyətinə görə Məmmədbağır Cavad oğlu Əliyevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 7 aprel 2015-ci il.

29-05-2015, 12:09

Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin direktor müavini, Elmi Tədqiqat Uşaq Onkologiya və Hematologiya İnstitutunun direktoru Məmmədbağır Cavad oğlu Əliyevə

Hörmətli Məmmədbağır Cavad oğlu! Sizi, müasir təbabət sahəsində tanınmış alimlərdən birini 60 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar diləyirəm. Siz həkimlik fəaliyyətinə Azərbaycanda başlamış, sonra Rusiyanın görkəmli alimlərinin rəhbərliyi ilə gözəl elmi məktəb keçmisiniz. Sizin Əməkdar Elm Xadimi, Dövlət Mükafatı Laureatı, Rusiya Federasiyası Hökuməti Mükafatı Laureatı kimi yüksək adlar almağınız, habelə Rusiya Elmlər Akademiyasına

29-05-2015, 12:08

GMO məhsullara görə cinayət məsuliyyəti tətbiq ediləcək

Ölkəmizdə genetik modifikasiya olunmuş bitkilərdən, yaxud gen mühəndisliyi metodu ilə yaradılmış bitki materiallarından istifadə edərək yeyinti məhsulu istehsal, idxal edən və satan şəxslər azadlıqdan məhrum olunacaqlar. Bununla bağlı Milli Məclisin yaz sessiyasında Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilib. İclasda parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, Azərbaycan Prezidentinin imzası ilə Milli

29-05-2015, 12:07

Səhiyyə naziri Şəkidə vətəndaşlarla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət qurumlarının və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edirlər. Bu məqsədlə may ayı üçün xüsusi müəyyən edilmiş qəbul günləri cədvəlinə müvafiq olaraq, səhiyyə naziri Oqtay Şirəliyev Şəki şəhərində bu rayonun və Oğuz, Zaqatala, Balakən, Qax rayonlarının sakinləri ilə görüşüb. Şəki Mərkəzi Rayon Xəstəxanasında keçirilən qəbulda vətəndaşlar əsasən sağlamlıq

29-05-2015, 12:01

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında tibb təhsilinin təkmilləşdirilməsi və dünyanın nüfuzlu ali tibb məktəbləri ilə əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasının tibb təhsili müəssisələrində oxumaq istəyi respublikada tanınmış bir universitetin filialının yaradılması zərurətini meydana çıxarmışdır. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti rəhbərliyinin Bakı şəhərində universitetin filialının yaradılması ilə bağlı təklifini nəzərə

29-05-2015, 11:57

Hər kəs can yandırsa, canlar yanmaz

Həkimlər zərərçəkənlərə fədakarlıqla yardım edirlər “Bakının Binəqədi rayonundakı 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğında xəsarət alan 10 nəfərin müalicəsi davam etdirilir. Hazırda onların vəziyyəti stabildir, heç bir həyati təhlükələri yoxdur”. Bu haqda bizə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verdi. Hadisə baş verən ilk gündən etibarən xəstələrə bütün zəruri köməkliyin göstərildiyini bildirən müsahibimizin sözlərinə görə, zərərçəkənlərə

29-05-2015, 11:48

Tibbi müayinəsiz nikah olmayacaq!

“İyunun 1-dən etibarən ölkəmizdə ailə qurmaq istəyən şəxslərin məcburi tibbi müayinəsi həyata keçiriləcək. Bu addım sağlam ailənin formalaşması, uşaqların irsi xəstəliklər və anadangəlmə inkişaf qüsuru ilə doğulmasının qarşısının alınması baxımından zəruridir. Bununla bağlı qaydalar Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən hazırlanıb”. Bu haqda bizə Səhiyyə Nazirliyinin hematologiya üzrə baş mütəxəssisi Çingiz Əsədov məlumat verdi. Müsahibimiz bildirdi ki, Nazirlər Kabineti Prezident İlham

29-05-2015, 10:52

Nazirdən apteklərə XƏBƏRDARLIQ: "İnsanları aldatmayın"

"Dərmanların keyfiyyətinə yerlərdə nəzarət gücləndirilməlidir" “Apteklərin fəaliyyətinə, ölkəmizə gətirilən və əhaliyə satılan dərman preparatlarının keyfiyyətinə nəzarət sahəsində müəyyən çatışmazlıqlar var”. Lent.az-ın Səhiyyə Nazirliyinin "Tibb" qəzetinə istinadən xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib. Nazir bundan sonra dərman vasitələrinin keyfiyyətinə nəzarətin daha da gücləndiriləcəyini qeyd edib: “İnsanları aldatmaq olmaz. Apteklərdə əhaliyə

30-04-2015, 15:33



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova