Sizin Reklam Burada!

Cənubi Qafqazda ilk: Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində unikal kraniofasial əməliyyat həyata keçirilib

Cənubi Qafqazda ilk: Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində unikal kraniofasial əməliyyat həyata keçirilib

Səhiyyə Nazirliyinin Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Kruzon sindromundan əziyyət çəkən xəstə üzərində yüksək mürəkkəblik dərəcəsinə malik kraniofasial rekonstruktiv əməliyyat uğurla həyata keçirilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, əməliyyat mərkəzin Plastik və rekonstruktiv cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru, plastik cərrah Elçin Məmmədov tərəfindən icra olunub. Cərrahi müdaxilə zamanı trepanasiya mərhələsini neyrocərrah Afər Allahverdiyev həyata keçirib.
Xəstəyə monoblok frontofasial osteotomiya prinsiplərinə uyğun kraniofasial osteotomiya əməliyyatı icra edilərək fronto-orbital kompleks və orta üz nahiyəsi birlikdə önə çəkilib. Əməliyyat çərçivəsində hər iki tərəfə 2 ədəd olmaqla ümumilikdə 4 distraktor yerləşdirilib.
Postoperativ 1 həftədən sonra distraksiya mərhələsinə başlanılıb və orta üz nahiyəsi ümumilikdə 8 millimetr önə çəkilib.
Kruzon sindromu əsasən FGFR2 gen mutasiyası nəticəsində yaranan, kəllə süturlarının erkən bağlanması ilə xarakterizə olunan anadangəlmə kraniofasial inkişaf pozuntusudur. Bu patologiya zamanı orta üz hipoplaziyası, ekzoftalm, tənəffüs pozuntusu, yuxu apnoesi, görmə problemləri və ciddi estetik-funksional deformasiya müşahidə olunur.
İcra edilən əməliyyat plastik və kraniofasial cərrahiyyənin ən mürəkkəb müdaxilələrindən biri hesab edilir və Cənubi Qafqaz regionunda ilk dəfə uğurla həyata keçirilib.
Mütəxəssislərin sözlərinə görə, bu tip əməliyyatlar yalnız multidisiplinar komanda, yüksək texnoloji imkanlar və xüsusi cərrahi təcrübə tələb edən ixtisaslaşmış mərkəzlərdə uğurla icra oluna bilər.
Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində həyata keçirilən bu əməliyyat Azərbaycanda kraniofasial və rekonstruktiv cərrahiyyənin inkişafında mühüm mərhələ və ölkə səhiyyəsi üçün əlamətdar nailiyyət hesab edilir.


Xəbəri paylaş



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova