Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Analitik Ekspertiza Mərkəzi" publik hüquqi şəxsinin istifadəsində olan MN №2156852 və MN №2156968 nömrəli "İnzibati xəta haqqında Protokollar" itdiyi üçün etibarsız hesab edilsin.
Müasir dünyada əczaçılıq sahəsi getdikcə qloballaşır və bu amil beynəlxalq əməkdaşlığı daha da zəruri edir. Bu səbəbdən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) rəhbərliyi digər ölkələrin əczaçılıq sahəsinin tənzimləyici qurumları ilə əməkdaşlığının genişləndirilməsini daim diqqətdə saxlayır. AEM-dən verilən məlumata görə, artıq Qazaxıstan, Belarus, Ukrayna və Özbəkistanın əczaçılıq sahəsində requlyator qurumları ilə qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalanıb
Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Kardioloqlarının II Qurultayı və Qazaxıstan kardioloqlarının XVII Qurultayı keçirilib. Ötən ilin aprelində Bakıda təşkil edilmiş Türk Dövlətləri Kardioloqlarının I Qurultayının davamı olaraq keçirilən II Qurultayın məqsədi ürək-damar xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasında qazaxıstanlı və əcnəbi kardiologiya mütəxəssislərini birləşdirmək, öyrətmək, qarşılıqlı əlaqə yaratmaq və təcrübə mübadiləsi aparmaq, kardiologiya
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində yoxlamalar aparır. Mərkəzdən verilən məlumata görə, may ayı ərzində Bakı şəhəri üzrə 12, ölkənin digər şəhər və rayonlarında isə 26 aptek olmaqla, ümumilikdə, 38 aptekdə yoxlama aparılıb. Aparılan yoxlamalar nəticəsində 4 aptekdə nöqsanlar aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.
93 FM dalğasında yayımlanan “Sağlam Radio”nun bir yaşı tamam olub. Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verir ki, səhiyyə naziri Teymur Musayev və gənclər və idman naziri Fərid Qayıbov "Sağlam Radio"nun bir yaşı münasibətilə “Sağlam səhər” verilişinin xüsusi qonaqları olublar. Nazirlər radionun səhər və axşam efirlərində sağlam həyat tərzi, düzgün qidalanma, idman və psixoloji sağlamlıq, müxtəlif xəstəliklər haqqında maarifləndirici mövzuların geniş müzakirəsinin
Səhiyyə Nazirliyində “Dövlət qulluqçusunun rəqəmsal iş yeri – İntranet” və “Səhiyyə sisteminin, vətəndaşların sağlamlıq vəziyyətinin təhlili və monitorinqi” adlı yeni elektron sistemlərin təqdimatı keçirilib. Nazirliyin mətbuat xidmətinin verdiyi xəbərə görə, təqdimatda giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev qeyd edib ki, bu təşəbbüs dövlətin rəqəmsallaşma sahəsindəki strateji prioritetlərinə cavab verir: “Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda
Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si – 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının Səhiyyə Nazirliyinin yaradıldığı gün ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tibb işçilərinin peşə bayramı ilə əlaqədar səhiyyə naziri Teymur Musayev, nazirliyin rəhbərliyi, aparatı və tabeliyindəki müəssisələrin rəhbər şəxsləri Fəxri xiyabana gələrək