May ayında 38 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində yoxlamalar aparır.
Mərkəzdən verilən məlumata görə, may ayı ərzində Bakı şəhəri üzrə 12, ölkənin digər şəhər və rayonlarında isə 26 aptek olmaqla, ümumilikdə, 38 aptekdə yoxlama aparılıb.
Aparılan yoxlamalar nəticəsində 4 aptekdə nöqsanlar aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.
Xəbəri paylaş