Valyuta.com

Azərbaycanda hamilə qadınlara nəzarət üçün vahid elektron registr yaradılır

Azərbaycanda hamilə qadınlara nəzarət üçün vahid elektron registr yaradılır

Ana və uşaqlara göstərilən tibbi xidmətlərin ardıcıllığını, hamilə qadınlara sistemli nəzarət aparılmasını təmin etmək məqsədi ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın tədbirlər planında Azərbaycanda hamilələrin vahid elektron registrinin yaradılması nəzərdə tutulub. Hazırda bu sahədə işlər görülür – “Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində “Hamilə Qadınların Elektron Reyestri” işlənib hazırlanır və tətbiq olunur.
Reyestrlə çalışacaq şəxsləri onun məqsədi və işi ilə tanış etmək üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Monitorinq, qiymətləndirmə və idarəetmə qərarlarının qəbul edilməsi üçün “Hamilə Qadınların Elektron Reyestri”nin istifadəsi” mövzusunda seminar keçirilib.
Toplantıda İSİM-in direktoru Ceyhun Məmmədov layihənin ana, uşaq və körpələr arasında ölüm hallarının və xəstəliklərin əsas səbəblərinin aradan qaldırılması və profilaktikasının yaxşılaşdırılması məqsədi daşıdığını qeyd edib. Bildirib ki, ana və uşaq sağlamlığı xidmətlərinin daha keyfiyyətli monitorinqi üçün səhiyyə məlumat sisteminin gücləndirilməsi məqsədilə layihə çərçivəsində bir sıra işlər görülüb – hamilə qadınların elektron reyestrinin yaradılması ilə yanaşı, “Uşağın İmmunizasiya Pasportu” elektron modulu təkmilləşdirilib, 103 və 106 formalarının proqram təminatı yenilənib.
Seminar iştirakçılarına reyestr haqqında məlumat verən Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Təhminə Tağızadə bildirib ki, o, hamilənin qadın məsləhətxanasında qeydiyyatdan keçdiyi vaxtdan hamiləliyin sonuna qədər olan vəziyyəti barədə vacib informasiyaların toplandığı, qeydə alındığı və saxlandığı bazadır. T.Tağızadə “Hamilə Qadınların Elektron Reyestri”nin əhəmiyyətindən və yaratdığı imkanlardan söz açıb.
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova çıxışında deyib ki, ölkəmizdə ana və uşaq sağlamlığının qorunması istiqamətində bir sıra sənədlər, konsepsiyalar və klinik protokollar hazırlanıb. Görülən tədbirlər sayəsində Azərbaycanda 2006-cı illə müqayisədə ana ölümü üzrə göstəricilər 3 dəfə azalıb.
Sonra Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin mütəxəssisi S.Əliyev reyestrlə bağlı proqramla iştirakçıları tanış edib.
Ümumdünya Səhiyyə Təşkilatının ölkə üzrə ofisinin rəhbəri K.Qaraxanovun, Bakı şəhərində fəaliyyət göstərən doğum evləri və qadın məsləhətxanaları rəhbərlərinin iştirak etdikləri seminarda təqdimatların sonunda fikir mübadiləsi aparılıb.шаблоны для dle 11.2





]Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova