Valyuta.com

Avropa İttifaqı və ÜST Səhiyyə Nazirliyinə koronaviruslu xəstələrin müalicəsində istifadə olunan avadanlıqlar verib

Avropa İttifaqı və ÜST Səhiyyə Nazirliyinə koronaviruslu xəstələrin müalicəsində istifadə olunan avadanlıqlar verib

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 ilə yoluxmuş ağır xəstələrin müalicəsinə kömək məqsədilə Azərbaycanın Səhiyyə Nazirliyinə 129 oksigen konsentratoru və 60 pulsoksimetr təhvil verib. Bu tibbi ləvazimatlar Aİ-nin maliyyə dəstəyi ilə ÜST-nin Avropa Regional Ofisi tərəfindən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilib.
Oksigen konsentratorları xəstəxanaya yerləşdirilmiş COVID-19-lu xəstələri oksigenlə təmin edən qeyri-invaziv bir vasitədir. Bu yolla xəstəyə verilən oksigen qanında oksigenin səviyyəsi aşağı olan koronaviruslu ağır xəstələrin müalicəsi üçün ilk önəmli addımdır və müalicə üçün əsas prioritetdir.
Ölkəyə gətirilmiş pulsoksimetrlər isə xəstələrdə qanda oksigen səviyyəsini ölçməyə kömək edir.
“Aİ-nin “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi tərəfdaşımız olan Azərbaycanda səhiyyə sistemini birinci mərhələdə fərdi qoruyucu vasitələrlə, indi isə həyatları xilas etməyə yardım edəcək zəruri tibbi avadanlıqlarla dəstəkləməyə davam edir”, - deyə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib.
"Sağlamlıq üçün həmrəylik təşəbbüsü” vasitəsilə COVID-lə yerli səviyyədə aparılan mübarizə tədbirlərinə töhfə verdiyimiz üçün çox şadıq və ümid edirəm ki, bununla da Azərbaycanda fərq yarada biləcəyik", - deyə ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib: “Bu cür ləvazimatlar oksigen müalicəsinə ehtiyacı olan insanlarda ciddi xəstəliklərin və ölüm hallarının qarşısını almaq üçün çox önəmlidir. Xəstəliyin insanlar arasında yayılmasının qarşısını almaq üçün əlimizdən gələni etməklə yanaşı, xəstəxanalara müvafiq qayğının göstərilməsi də son dərəcə vacibdir”.
"Yüksək keyfiyyətli oksigen konsentratoru və pulsoksimetr tibbi ləvazimatlarının təchizatı üçün tərəfdaşlarımıza minnətdarıq. Aİ və ÜST-nin Azərbaycana verdiyi bu dəstək COVID-19-a yoluxmuş xəstələrin müalicəsi üçün istifadə ediləcək", - deyə Səhiyyə nazirinin müavini Rahim Əliyev qeyd edib.
Layihənin birinci mərhələsində, Azərbaycanda tibb işçilərinin COVID-19 pandemiyasına effektiv və təhlükəsiz şəkildə cavab tədbirlərinə dəstək məqsədilə Bakı və regionlardakı 86 səhiyyə müəssisəsinə fərdi qoruyucu vasitələr paylanılıb. Aİ və ÜST həmçinin tibb işçiləri üçün 8 canlı və 7 onlayn “Təlimçilər üçün təlim” sessiyası təşkil edib. Bu da öz növbəsində gələcəkdə daha çox tibb işçisinə COVID-19-lu xəstələrin idarə edilməsində ən son metodlar haqqında təlim keçməyə kömək edəcək.
Bu böyük əhəmiyyət daşıyan ləvazimatların ianəsi hazırda 216-dan çox ölkəni və ərazini əhatə edən COVID-19 pandemiyasına qarşı Avropa İttifaqının mübarizə tədbirlərinin tərkib hissəsidir. Avropa İttifaqı 2020-ci il martın 27-də Şərqi Avropa və Qafqazın altı ölkəsində, o cümlədən Azərbaycanda COVID-19 pandemiyasının qarşısının alınması, virusun aşkarlanması və ona qarşı mübarizə tədbirlərinin görülməsi məqsədilə 30 milyon avroluq yardım paketi ayırdığını elan edib. Bu vəsait ilkin olaraq zəruri ləvazimatların alınması, tibb işçiləri və virusa qarşı ön cəbhədə mübarizə aparan digər şəxslər üçün təlimlərin keçirilməsi kimi fövqəladə ehtiyacları ödəmək məqsədilə istifadə edilir. Uzunmüddətli perspektivdə bu yardım ölkənin ictimai səhiyyə sahəsində fövqəladə hallara qarşı mübarizə potensialının gücləndirilməsinə yönəldiləcək.
Layihə Avropa İttifaqının və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova