Valyuta.com

“Qoşulmama Hərəkatı və COVID-19 pandemiyası” mövzusunda beynəlxalq vebinar keçirilib

“Qoşulmama Hərəkatı və COVID-19 pandemiyası” mövzusunda beynəlxalq vebinar keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Qoşulmama Hərəkatı və COVID-19 pandemiyası” mövzusunda beynəlxalq vebinar keçirilib.
Tədbirin moderatoru, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bu ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilən sammitini xatırladıb. Bildirib ki, bu tədbir təşkilat tarixində vacib hadisə olmaqla yanaşı, onun güclənməsinə və koronavirus böhranına adekvat reaksiya verməsinə şərait yaradıb. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına diqqət çəkən Fərid Şəfiyev bu təşəbbüsün də Qoşulmama Hərəkatının fəaliyyətində xüsusi önəm daşıdığını və hərəkatın qlobal rolunun güclənməsinə töhfə verdiyini bildirib.
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin Direktoru Xalid Teymur Əkrəm deyib ki, dünyanın üzləşdiyi müxtəlif aspektli böhran şəraitində Qoşulmama Hərəkatı beynəlxalq əməkdaşlığın və həmrəyliyin yaradılması üçün mühüm rol oynayır. Hərəkatın qüvvətlənməsi üçün müxtəlif təkliflər səsləndirən Teymur Əkrəm Qoşulmama Hərəkatının mediaforumunun və İqtisadiyyat nazirlərinin görüşünün keçirilməsinin üzv dövlətlər üçün faydalı olacağına inamını ifadə edib.
BMTM-in baş məsləhətçisi Vasif Hüseynov çıxışında bildirib ki, Qoşulmama Hərəkatının üzvləri təşkilatın 2019-2022-ci illərdə sədri olan Azərbaycan Prezidentinin pandemiya ilə mübarizə üçün təqdim etdiyi təşəbbüsləri yüksək qiymətləndirir. Onun sözlərinə görə, bu təşəbbüslər içərisində BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil edilməsi təklifi xüsusi qeyd edilməlidir. Yalnız Ermənistanın qarşı çıxdığı bu təşəbbüsə 130-dan çox dövlət dəstək göstərib.
Daha sonra çıxış edən Belarus Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi J.Zadrucki deyib ki, koronavirus pandemiyasının beynəlxalq ticarət əlaqələrinə, investisiyalara və digər sahələrə zərər vurmasına imkan verilməməlidir. O bildirib ki, ölkəsi Qoşulmama Hərəkatının bu istiqamətdə fəaliyyətini və təşkilatın sədri kimi Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirir.
J.Zadrucki onu da qeyd edib ki, Qoşulmama Hərəkatı çərçivəsində bu il təşkil olunmuş videokonfrans formatında sammit, daha sonra üzv ölkələrin Səhiyyə nazirlərinin görüşü ümumilikdə təşkilatın fəallığını göstərib və ona beynəlxalq marağı artırıb.
Vebinar sual-cavab sessiyası ilə davam edib.шаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova