Valyuta.com

Səhiyyə işçiləri təltif edildilər

Səhiyyə işçiləri təltif edildilər

Səhiyyə naziri Oqtay Şirəliyev 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə əməkdə xüsusi xidmət və nailiyyətlərinə görə fərqlənən səhiyyə işcilərinin təltif edilməsi məqsədilə “Səhiyyə işçilərinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilməsi haqqında” əmr imzalayıb.
“Bakı şəhər Dezinfeksiya Mərkəzi” Publik Hüquqi Şəxsin (PHŞ) İnfeksion xəstələrin evakuasiyası şöbəsinin müdiri Aybəniz Axundova, “İctimai səhiyyə və İslahatlar Mərkəzi” PHŞ Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, “Respublika Sanitar Karantin Mərkəzi” PHŞ baş direktorunun müavini Yadulla Balışov, “Respublika Psixiatriya Xəstəxanası” PHŞ şöbə müdiri Dilarə Cabbarova, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) PHŞ baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva, Milli İdman Tibbi və Reabilitasiya Elmi-Praktiki İnstitutunun idman tibbi üzrə aparıcı rəhbəri Nigar Heydərova, “Naxçıvan Muxtar Respublika Xəstəxanası” PHŞ həkim-terapevti İsmət İmanova, “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” PHŞ şöbə müdiri Musa İsayev, Səhiyyə Nazirliyi Səhiyyənin təşkili şöbəsinin baş məsləhətçisi Anar İsrafilov, “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” PHŞ Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Zabil oğlu Seyidov “Səhiyyə əlaçısı” döş nişanı ilə mükafatlandırılıblar.
Səhiyyə nazirinin digər əmri ilə əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs Səhiyyə Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif edilib. Bunlar Sabunçu rayon GEM-in Epidemiologiya şöbəsinin müdiri Aybəniz Abdullayeva, Sumqayıt şəhər GEM-in Epidemiologiya şöbəsinin müdiri Könül Aslanova, “Bakı şəhər Dezinfeksiya Mərkəzi” PHŞ Ocaqlı dezinfeksiya şöbəsinin dezinfektoru Lətifə Ağalarova, Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinin baş həkimi Viladi Cabbarov, “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” PHŞ entomoloqu Gülsüm Hacıyeva, “Bakı şəhər Dezinfeksiya Mərkəzi” PHŞ Ocaqlı dezinfeksiya şöbəsinin dezinfektoru Reyhan Məmmədova, Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin ikinci katibi Aydan Muradova, “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” PHŞ Təbii ocaqlı infeksiyaların monitorinqi bölməsinin entomoloqu Yeganə Sultanova, Respublika GEM PHŞ Virusoloji laboratoriyasının feldşer-laborantı Minayə Sofiyeva, “Analitik Ekspertiza Mərkəzi” PHŞ Ümumi şöbənin baş mütəxəssisi Rəna Sadatova, Türkdilli Dövlətlər Şurası Katibliyinin Layihə direktoru Ceyhun Şahverdiyev, Uşaq Nevroloji Xəstəxanasının baş həkimi Məhərrəm Sadiqov, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının rəisi-baş həkim, tibb xidməti polkovniki Elman Məmmədov, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının rəis müavini, tibb xidməti mayoru Bəxtiyar Musayev və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımidir.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova