Valyuta.com

Koronavirusla mübarizə məqsədilə növbəti toplantı təşkil olunub

Koronavirusla mübarizə məqsədilə növbəti toplantı təşkil olunub

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) dünyada yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı növbəti toplantı keçirilib. İclasda ölkəmizdə bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər və profilaktika məqsədilə Səhiyyə Nazirliyi tərəfindən görülən işlərdən danışılıb. Koronavirus barədə əhalinin tibbi maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
Toplantıda İSİM-in direktoru Qəhrəman Haqverdiyev işçi heyətə virus haqqında insanları doğru məlumatlandırmağın, əhalinin hər bir təbəqəsinin informasiyalara əlçatanlığını təmin etməyin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, görüləcək işlər sürətlə həyata keçirilməli və beynəlxalq standartlara cavab verməlidir. Eyni zamanda, bildirilib ki, koronavirus xəstəliyinin qarşısının alınması və ondan qorunma üsullarını əhatə edən müvafiq məlumatlandırıcı materiallar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında İSİM tərəfindən hazırlanaraq çap edilib. Maarifləndirici materialların təhsil müəssisələrində, idarə və təşkilatlarda paylanılması, sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur.
Materiallara əlçatanlığın təmin edilməsi məqsədilə İSİM-in sağlamlıq portalında (http://www.saglamliq.isim.az/) koronavirus barədə ayrıca məlumat bazasının yaradılması və maarifləndirici materialların burada yerləşdirilməsi qərara alınıb.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova