Valyuta.com

Sağlamlıq imkanları məhdud uşaqlar müalicə kursları alırlar

Sağlamlıq imkanları məhdud uşaqlar müalicə kursları alırlar

Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzində (UBMM) müalicə alan uşaqların 40 faizi sinir sistemi xəstəliklərindən, 30 faizi dayaq-hərəkət sistemi patologiyalarından, 20 faizi yuxarı və aşağı tənəffüs sistemi xəstəliklərindən, 10 faizi isə digər müxtəlif patologiyalardan əziyyət çəkir.
Bu barədə Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir. Həmçinin qeyd edilir ki, bu tibb müəssisəsinə ilk dəfə müraciət etmiş xəstələrin sayı 2015-ci ildə 98 nəfər, bu ilin ilk 6 ayında isə artıq 88 nəfər olub. Mərkəzə daxil olmuş xəstələr qeydiyyata götürülərək, hər iki aydan bir müalicə kursu keçirlər.
Statistik rəqəmlər tək ilkin müraciətlərin deyil, ümumi gəlişlərin də (ilk və növbəti gəliş) artdığını göstərir. Belə ki, 2015-ci ilin ilk 6 ayı ərzində UBMM-ə ümumi gəlişlərin sayı 19 661 təşkil edirdisə, 2016-cı ilin birinci yarımilliyində bu rəqəm 20 612-yə çatıb.
Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə Strateji Planına əsasən uşaqlıq dövrünə xas olan əlilliyin profilaktikası və müalicəsi sahəsində aparılan işlər sayəsində UBMM-nə daxil olan 1 yaşına qədər uşaqların sayı əvvəlki illə müqayisədə 40 faiz artıb.
Mərkəz Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2014-cü ildə əsaslı təmir olunub və Səhiyyə Nazirliyi tərəfindən müasir reablitasiya avadanlıqları, fizioterapevtik cihazlarla təmin edilib. Burada Bərpa-müalicə şöbəsi, Fizioterapiya və tibbi bərpa şöbəsi, həmçinin klinik diaqnostik laboratoriya fəaliyyətdədir.
UBMM-nə bərpa müalicəsinə ehtiyaci olan 18 yaşına kimi xəstələr sahə poliklinikaları tərəfindən göndərilirlər. Burada uşaqlar xüsusi prinsiplər əsasında çoxprofilli, yüksək dərəcəli ixtisaslaşdırılmış müalicə kursu keçirlər. Reablitasiya kursu müalicənin mümkün qədər tez başlanılmasına, hər bir xəstəyə fərdi yanaşmaya və çox mərhələli, uzun müddətli bərpa müalicəsinin təşkil edilməsinə əsaslanır. Mərkəzə gələn hər bir pasiyent üçün onun yaşı, xəstəliyinin ağırlıq dərəcəsi, yanaşı xəstəlikləri nəzərə alınmaqla, il ərzində 3-6 mərhələdə fərdi reablitasiya kursu tərtib olunur.
Mərkəzdə valideynlərlə də iş aparılır, onlara xəstə uşağın sağlamlığının bərpasına məsuliyyət hissi aşılanır, onların bu prosesdə aktiv surətdə iştrakına səy göstərilir. Valideynlərlə aparılan maarifləndirmə tədbirlərindən biri kimi Səhiyyə Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən UBMM-də keçirilən, həm burada müalicə olunan sağlamlıq imkanları məhdud uşaqların, həm də onların valideynlərinin iştirak etdiyi “Günəş hamı üçündür” adlı maarifləndirmə layihəsini qeyd etmək olar.
Mərkəzdə müalicə olunan xəstələrin, onların valideynlərinin və media nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” təşkil olunub. Bu tədbirdə valideynlər uşaqlarına göstərilən qayğıya, onların müalicəsi üçün tibb işçilərinin səylərinə, ümumilikdə, səhiyyə sahəsində həyata keçirilən köklü islahatlara, pozitiv dəyişikliklərə görə minnətdar olduqlarını bildiriblər.
Uşaq Bərpa Müalicə Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların fiziki reabilitasiyası ilə yanaşı, onların dolğun həyat yaşamasına və sosial adaptasiyasına da çox önəm verilir. Belə ki, mərkəzdə təşkil olunmuş art-terapiya (rəsm terapiyası) kursu keçən xəstələr bu il Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksində “Mənim rəngli dünyam” adlı sərgidə iştirak ediblər. Hətta əlində fırça tuta bilməyən xəstələr də barmaqlarını rəngə batıraraq yaratdıqları rəsmlərdə öz arzularını əlvan rənglərin köməkliyi ilə təsvir ediblər. Belə rəsm və rəng terapiyası uşaqların psixoloju reabilitasiyasına, sosial adaptasiyasına və inteqrasiyasına kömək edir.
Bundan əlavə, burada Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Uşaq Paralimpiya Komitəsinin dəstəyi ilə boçço oyunu üzrə dərnək təşkil edilib. Uşaqların bu sahədə nailiyyətləri onlara gələcək həyata inam hissi aşılayır və həyata adaptasiyaya böyük kömək edir.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova