Valyuta.com

Azərbaycanda Nüvə Təbabəti Mərkəzi açıldı

Azərbaycanda Nüvə Təbabəti Mərkəzi açıldı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin (MOM) nəzdində Nüvə Təbabəti Mərkəzinin açılışı olub.
Regionda ilk və yeganə belə tibb müəssisəsi olan Nüvə Təbabəti Mərkəzinin açılış mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizin elmi və tibbi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qonaqları salamlayan akademik Cəmil Əliyev onkoloji xəstəliklərin erkən aşkarlanmasında çox böyük əhəmiyyət daşıyan belə bir mərkəzin Bakıda istifadəyə verilməsindən məmnunluğunu bildirərək, göstərdiyi köməyə görə BAEA-nın rəhbərliyinə təşəkkür edib. O qeyd edib ki, xərçəng xəstəliklərinin diaqnostikası və müalicəsi üzrə Azərbaycanın aparıcı tibb müəssisəsi olan Milli Onkologiya Mərkəzinin əldə etdiyi nailiyyətlər həm ölkə daxilində, həm də beynəlxalq aləmdə diqqət mərkəzindədir. Cəmil Əliyev bildirib ki, təbabətin ən ağır sahəsi olan onkologiyaya dövlətimiz tərəfindən xüsusi diqqət ayrılır. Son illər ərzində MOM-də xərçəng xəstəliklərinin diaqnostikası üçün yaradılmış şərait, neyrocərrahiyyə, torakal cərrahiyyə, onkoginekologiya, onkourologiya və onkohematologiya şöbələrinin yaradılması, ABŞ-ın “Varian” şirkətinin ən qabaqcıl texnologiyası əsasında qurulmuş stereotaktik şüa terapiyası mərkəzinin təşkili və indi Nüvə Təbabəti Mərkəzinin yaradılması Azərbaycan Respublikası Prezidentinin onkoloji xəstələrə diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi ilə yaradılmış Uşaq Onkoloji Klinikası isə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi üçün yüksək keyfiyyətli cərrahiyyə, kimya terapiyası və şüa terapiyası xidmətlərini təmin edir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun müavini Dazhu Yanq səhiyyə, kənd təsərrüfatı, sənaye və su ehtiyatlarının idarə edilməsi kimi sahələrdə nüvə texnologiyalarının tətbiqi barədə məlumat verib, təmsil etdiyi qurumun xərçəng və şəkərli diabet kimi xəstəliklərin müalicəsində, habelə dünyada yayılmaqda olan təhlükəli viruslarla mübarizədə yaxından iştirak etdiyini diqqətə çatdırıb. O, BAEA ilə ölkəmiz arasında həyata keçirilən Texniki Əməkdaşlıq Proqramı çərçivəsində MOM-un nəzdində Nüvə Təbabəti Mərkəzinin təsis edilməsini müsbət addım kimi dəyərləndirib. Agentliyin rəsmisi Milli Onkologiya Mərkəzində təcrübəli kadrların çalışdığını, onların xarici ölkələrdə təhsil aldıqlarını və təcrübə keçdiklərini xüsusi qeyd edib. Eyni zamanda, BAEA-nın MOM ilə nüvə təbabəti sahəsində kadrların hazırlanmasında əməkdaşlıq edəcəyi diqqətə çatdırılıb.
Nüvə Təbabəti Mərkəzinin yaradılmasında göstərdiyi köməyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən Dazhu Yanq bu tibb müəssisəsinin rolunu xüsusi qeyd edib: “Mən bu fikirdəyəm ki, Nüvə Təbabəti Mərkəzinin və burada quraşdırılan avadanlıqların xərçəngin erkən aşkarlanmasında rolu əvəzsizdir. Xərçəng erkən aşkarlanarsa, onun müalicəsi də uğurla başa çatar. Bir çox inkişaf eləmiş ölkələrdə belə avadanlıqlar mövcuddur. Arzu edirəm ki, bütün xalqlar və dövlətlər belə avadanlıqlardan istifadə edə bilsinlər”.
Açılış mərasimini bildirən qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları Nüvə Təbabəti Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəzdə pozitron emissiya tomoqrafiyası / kompyuter tomoqrafiyası (PET/KT) cihazı istifadəyə verilib. Bundan əlavə, burada yerli dərman istehsalı da nəzərdə tutulur. PET/KT orqanizmdə hüceyrə mübadiləsini molekulyar səviyyədə göstərməyə imkan verən müasir tibbi diaqnostik görüntüləmə üsuludur. Xüsusi təyinatlı laboratoriya şəraitində hazırlanmış dərman maddəsi vena daxilinə vurulur və bu maddə orqanizmdə müəyyən toxumalarda toplanaraq ətrafa şüalanma verir.
Mərkəzin PET/KT cihazı olan “Biograph mCT-S40” “Siemens” şirkətinin ən son texnologiyaları ilə hazırlanıb və minimal doza ilə çox sürətli müayinə aparmaq imkanına malikdir.
Adi PET mərkəzlərində FDG maddəsi uzaq məsafədən gətirildiyindən xəstəyə verilənə qədər aktivliyini qismən itirmiş olur. Burada isə FDG maddəsi alt mərtəbədəki “Siklotron” cihazından əldə edilir, xəstəyə verilən anda yüksək saflığa və lazımi aktivliyə malik olur. Mərkəzdə “Siklotron”da hazırlanan maddələrin sterilliyi, toksikliyi, dozası və molekulyar quruluşu yüksək standartlara cavab verən xüsusi laboratoriyada yoxlanılır və keyfiyyətinə zəmanət verilir. PET/KT-dən onkoloji xəstəliklərin erkən diaqnostikası ilə yanaşı, Altsheymer və Parkinson xəstəliklərinin müayinəsində, epilepsiya, demensiyalar zamanı beyin funksiyalarının dəyərləndirilməsində də istifadə olunacaq.
Qeyd olunub ki, Nüvə Təbabəti Mərkəzinin fəaliyyətinin əsas prinsipi otaqlardakı rahat şərait və dizayndan tutmuş xəstələrə şəfqət duyğusu aşılayan gülərüz personala kimi yüksək səviyyəli müayinə təqdim etməkdir. Mərkəzdə çalışan həkimlər, əczaçılar, fiziklər, mühəndislər, kimyaçılar, hətta orta və kiçik tibbi personal xaricdə təhsil alaraq yüksək praktiki biliklərə yiyələniblər. Onların arasında bu sahə üzrə böyük təcrübəyə malik olan xarici mütəxəssislər də var.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova