Azərbaycan və Belarus hərbi tibb mütəxəssisləri arasında işçi görüşü keçirilib

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Tibb İdarəsində tibb təminatı məsələləri üzrə işçi görüşü keçirilib.
Qonaqlara Azərbaycan Ordusunda cərrahi və terapevtik xidmətlərin təşkili, eləcə də sanitar-gigiyenik və əks-epidemik tədbirlər barədə brifinq təqdim edilib.
Görüşdə hər iki ölkənin hərbi tibb mütəxəssisləri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, xüsusilə COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin təşkili ilə bağlı ətraflı müzakirələr edilib.
Səfər çərçivəsində Belarus nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında, Mərkəzi Hərbi Poliklinikada, Mərkəzi Stomatoloji Poliklinikada, Sanitar-Epidemioloji Nəzarət Mərkəzində, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində olub.
Xəbəri paylaş