Valyuta.com

Prezident İlham Əliyev: “Sputnik V” vaksininin əlçatan olması şərait yaradacaq ki, biz bu bəlanın öhdəsindən tezliklə gələk

Prezident İlham Əliyev: “Sputnik V” vaksininin əlçatan olması şərait yaradacaq ki, biz bu bəlanın öhdəsindən tezliklə gələk

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Prezident İlham Əliyev iki ölkə arasındakı münasibətlərdə müsbət dinamikanın davam etdiyini deyib, bütün səviyyələrdə daha sıx əlaqələrin zəruriliyini vurğulayıb. Qeyd edib ki, biz strateji tərəfdaşımız olan Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik. İkitərəfli münasibətlərdə də biz yaxın qonşular, mehriban dostlar kimi aktiv fəaliyyət göstəririk.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov qəbula görə təşəkkür edib. Bildirib ki, münasibətlərdə hədəf humanitar, təhsil, mədəni layihələri inkişaf etdirməkdir: “Biz koronavirus infeksiyasına qarşı mübarizədə daha səmərəli qarşılıqlı fəaliyyətin təmin olunmasını səmimi qəlbdən arzu edirik. Bu günlərdə Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib. Bu ay daha böyük partiyalar gözlənilir. Bizim müvafiq idarələrimiz Azərbaycanda texnoloji bazanın mövcud olmasını nəzərə alaraq bu vaksinin burada istehsalının nizamlanması barədə konkret söhbət aparırlar”.
Prezident İlham Əliyev Azərbaycana “Sputnik V” vaksininin tədarük edilməsi məsələsinin Rusiya Prezidenti ilə danışıldığı kimi operativ həllinə görə təşəkkür bildirib: “Bütün müddətlərə əməl edilib, sözünüzün üstündə durmusunuz. Bu yaxında həmin vaksinin qarşılanması mərasimi keçirilib, cənab səfir iştirak edib. Bu gün dünyada populyarlığı get-gedə artan belə gözəl vaksinə görə sizi bir daha təbrik etmək istərdim. Onun bizim üçün əlçatan olması, əlbəttə, şərait yaradacaq ki, biz bu bəlanın öhdəsindən tezliklə gələk”.шаблоны для dle 11.2





MAY

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova