Azərbaycan kardioloqları elmi yenilikləri müzakirə etdilər
Bakıda Azərbaycan Kardiologiya Cəmiyyətinin III Milli Konqresi keçirilib. Toplantıda Azərbaycanın müxtəlif bölgələrindən 1500-dən artıq mütəxəssis, həmçinin dünyanın 15-dən çox ölkəsindən dəvət olunan tanınmış kardioloq və kardiocərrahlar iştirak ediblər.
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Firdovsi İbrahimov belə mühüm tədbirlərin ölkəmizdə reallaşmasını ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sosialyönümlü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi kimi dəyərləndirib. Azərbaycanda kardiologiya və ürək-damar cərrahiyyəsinin məhz ulu öndərin şəxsi təşəbbüsü əsasında sürətli inkişaf yoluna qədəm qoyduğunu deyən F.İbrahimov məlumat verib ki, III Milli Konqresdə yerli mütəxəssislərin 75, xarici kardioloqların isə 25 məruzəsi dinləniləcək. Paralel olaraq dörd bölmə üzrə kardiologiyanın müxtəlif problemlərinə dair aparılan müzakirələrin məqsədi Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki yeniliklərini müzakirə etməkdir.
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri onu da qeyd edib ki, hazırda dünyada ölüm hallarının 50 faizdən çoxu ürək-damar xəstəlikləri ilə əlaqədardır. Ölüm səbəbləri arasında bu xəstəliklərin tutduğu yeri, bu patologiyaların əhali arasında yayılma dərəcəsini nəzərə alaraq ölkəmizdə kardiologiya sahəsinə xüsusi diqqət yetirilir və çox böyük inkişaf müşahidə olunur. Bu özünü ürək-damar xəstəliklərindən dünyasını dəyişən insanların sayının azalmasında da göstərir. Xarici mütəxəssislərlə tez-tez aparılan müzakirələr də ölkəmizdə kardiologiyanın inkişafında önəmli rol oynayır.
İki gün davam edən Konqresdə dünya üzrə kardiologiya və ürək cərrahiyyəsindəki elmi və praktiki yeniliklər müzakirə olunub, bu sahədə ən mübahisəli problemlərə də toxunulub.