Elektron Səhiyyə Xidməti Mərkəzinin açılışı oldu

Elektron Səhiyyə Xidməti Mərkəzinin açılışı olduVətəndaşların əziyyətinə və vaxt itkisinə son qoyan bu qurum həm də şəffaflığı təmin edəcək
Səhiyyə Nazirliyində elektron xidmətlər göstərilməsi sahəsində həyata keçirilən tədbirlərin davamı kimi, dekabrın 29-da ən müasir standartlara cavab verən Elektron Səhiyyə (ES) Xidməti Mərkəzi açılıb.
Bir növ Səhiyyə Nazirliyinin “Asan Xidmət”i funksiyasını yerinə yetirəcək bu Mərkəz vətəndaşlara göstərilən xidmətin ващид форматда, çevik, шяффаф вя етик гайдалара уйьун щяйата кечирилмясини тямин етмяк мягсядиля йарадылыб. Yeni qurum səhiyyə idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi, коррупсийайа гаршы мцбаризянин эцъляндирилмяси, əhalinin müraciətlərinə vaxt itkisinə yol vermədən baxılması nöqteyi-nəzərindən çox mühüm əhəmiyyət daşıyır.
Mərkəzin açılış mərasimində səhiyyə naziri Oqtay Şirəliyev, nazir müavinləri, Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov və digər rəsmi şəxslər iştirak edirdilər.
Mərasimdə bildirildi ki, “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində yaradılmış mərkəzdə əhaliyə ilkin olaraq 15 elektron xidmət göstəriləcək. Bunlar tibb müəssisələrinə işə qəbulla əlaqədar müraciətlər, tibb mütəxəssislərinin sertifikasiyası, lisenziyaların verilməsi, dərman vasitələrinin dövlət qeydiyyatından keçməsi, xaricdə tibb təhsili almış vətəndaşların işə buraxılması, səhiyyəyə aid hüquqi məsləhətlər, tibb mütəxəssislərinin təkmilləşmə və ixtisas kurslarına göndərilməsi, орта тибб тящсили щаггында дипломун тясдиг едилмяси, tibb işçilərinə ixtisas dərəcəsinin, «Ямяк Ветераны» адынын verilməsi və səhiyyəyə aid olan digər məsələlərdir. Електрон Сящиййя Хидмяти бу сащя иля баьлы бцтцн мцраъиятляри гябул едир, дярщал Сящиййя Назирлийинин мцвафиг структурларына йюнляндирир вя гыса мцддят ярзиндя нятиъя ялдя олунур.
ES mərkəzində bütün prosedurlar “bir pəncərə” prinsipi ilə, vaxt itkisinə yol vermədən, çox asan icra olunacaq. Burada quraşdırılmış növbə terminalı dünyada ən müasir elektron növbə prinsipini icra edən avadanlıqlardandır. Bu mərkəzdə Səhiyyə Nazirliyinə müraciət etmiş şəxs öz müraciətinin həllinin gedişatı, hansı mərhələdə olması barədə də məlumat əldə edə biləcək. Mərkəz vətəndaşlığından asılı olmayaraq hər kəsə həftənin 6 iş günü ərzində 10 nəfər heyətlə keyfiyyətli xidmət göstərəcək.
Elektron Səhiyyə Xidməti Mərkəzinin açılışı oldu
Elektron Səhiyyə Xidməti Mərkəzinin açılışı oldu







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova