Səhiyyə naziri təbrik edir

Səhiyyə naziri təbrik edir

Əziz həmkarlar!
Siz çox çətin, məsuliyyətli, lakin çox vacib və gərəkli bir peşə seçmisiniz. İnsanlar öz ağrı və iztirabları ilə sizin yanınıza gəlir, ən dəyərli nemət olan sağlamlıqlarını və həyatlarını sizə etibar edirlər.
Həkimlik adi peşə deyil, o, insandan həm də xüsusi düşüncə tərzi və incə ruh tələb edir. Nə yeni texnologiyalar və müasir müalicə metodları, nə bilik, təcrübə və hətta Hippokrat andına sadiqlik həkimin səbrini, həssaslığını, mərhəmətini və qayğısını əvəz edə bilməz. Xəstə insanın həmişə başa düşülməyə və canıyananlığa, xoş sözə və qəlbin hərarətinə ehtiyacı var.
Hər insanın ömründə elə məqam olur ki, həyatla ölüm arasında nazik tel qayğıkeş həkim əllərində olur. Belə məqamda həkim insana ümid bəxş edir, dayanmış ürəyin döyünməyinə, insanın sağalmağına və xoşbəxt həyata qayıtmağına vəsilə olur.
Həkim bütün ömrü boyu öyrənir. Onun hər günü yeni sınaq, kiminsə həyatı uğrunda mübarizədir. Tibb işçilərinin gündəlik əməyi, dözümü və fədakarlığı sayəsində bu gün milyonlarla insan yaşadığına sevinir, övladlarını böyüdür, gələcəyə planlar qurur. Hər xilas etdiyi insan həkimə Yer üzündə ən humanist, nəcib, lazımlı bir peşəyə aid olduğu üçün qürur hissi bəxş edir.
Əziz həmkarlar, qoy sizin qəlbinizdə daim insanlara sevgi yaşasın. Əməyinizin hər dəqiqəsi ilə gətirdiyiniz faydadan həmişə həzz alasınız.
Öz həyatını təbabətə həsr etmiş hər kəsə ehtiramımı və minnətdarlığımı bildirirəm. Əminəm ki, bütün qüvvənizi, bilik və təcrübənizi bundan sonra da xalqımızın sağlamlığının möhkəmləndirilməsinə, Azərbaycan səhiyyəsinin inkişafına yönəldəcəksiniz.
Əziz həmkarlar, sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, əmin-amanlıq, müqəddəs peşənizdə daha böyük uğurlar arzulayıram.
Böyük hörmətlə,
Oqtay Şirəliyev,
Azərbaycan Respublikasının səhiyyə naziri


Xəbəri paylaş




Sentyabr 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova