Sizin Reklam Burada!

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Türk Dünyası Parlamentariləri Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Türk Dünyası Parlamentariləri Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Sənəd tərəflər arasında ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir.
Memorandum İSİM-in baş direktoru Səbinə Babazadə və Fondun Elmi şurasının sədri Prof. Dr. Selçuk Kılıç tərəfindən imzalanıb.
Bu əməkdaşlıq çərçivəsində: • birgə elmi və tədqiqat proqramlarının, layihələrin həyata keçirilməsi
* elmi sənəd və ədəbiyyat mübadiləsi
* birgə təlim, konfrans və görüşlərin təşkili nəzərdə tutulur.
Əməkdaşlığın əsas istiqamətlərindən biri Milli Onkologiya Mərkəzi ilə birgə HPV skrininq proqramı, yenidoğulmuşların skrininqi, nikahdan əvvəl genetik skrininq proqramı, milli molekulyar diaqnostika və epidemioloji nəzarət infrastrukturunun inkişafı, eləcə də digər səhiyyə proqramlarının planlaşdırılmasıdır.


Xəbəri paylaş


Oktyabr2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova