Sizin Reklam Burada!

Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılıb.
Bununla bağlı Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlamasında bildirilir ki, həmin məktub saxtadır. Səhiyyə Nazirliyi tərəfindən belə bir sənəd qəbul edilməyib və tibb müəssisələrinə bu məzmunda göstəriş verilməyib. Saxta sənədin həqiqi rəsmi yazışma kimi təqdim olunması ictimaiyyəti çaşdıran dezinformasiyadır.
Açıqlamada qeyd olunur ki, Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial media istifadəçilərini məlumatların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa, saxta sənədi həqiqi sənəd kimi paylaşmamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır.


Xəbəri paylaş


Oktyabr2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova