Sizin Reklam Burada!

Ədliyyə tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Ədliyyə tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi məqsədilə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişikliklər təklif olunur.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib ki, bu məsələ parlamentin payız sessiyasının növbəti iclasında müzakirəyə çıxarılıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsini birinci oxunuşda təqdim edib.
Diqqətə çatdırılıb ki, layihə ilə Qanunun 21.17-ci və 21.18-ci maddələrinə edilən dəyişikliklərə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklif olunur. Bu dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.
Beləliklə, qanun layihəsinin qəbulu ədliyyə orqanlarının tibb xidmətinin fəaliyyətinin daha səmərəli təşkilinə, həmin sahədə xidmət keçən hərbi qulluqçuların hüquqi statusunun dəqiq müəyyən edilməsinə, xüsusi rütbələrin verilməsi sahəsində vahid hüquqi mexanizmin formalaşdırılmasına və hüquqi tənzimləmənin təkmilləşdirilməsinə xidmət edəcək.
Deputat Razi Nurullayev məsələ barədə bəzi fikirlərini açıqlayıb.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Milli Məclisin növbəti iclasında qanun layihəsi ikinci oxunuşda təqdim edilib və qəbul olunub.


Xəbəri paylaş


Oktyabr2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova