Sizin Reklam Burada!

Beyləqanda 4 mindən çox şəxs tibbi müayinədən keçirilib

Beyləqanda 4 mindən çox şəxs tibbi müayinədən keçirilib

“Paşa Holding”in və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi, “ALL Medical” şirkətinin icraçılığı ilə həyata keçirilən Fərqindəlik Layihəsinin “Erkən müayinə can qurtarır!” aksiyası Beyləqan rayonunda keçirilib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, aksiyanın əsas məqsədi əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanmasının əhəmiyyəti barədə maarifləndirmənin artırılması və sakinləri vaxtında tibbi müayinələrdən keçməyə təşviq etməkdir.
Aksiya çərçivəsində ümumilikdə 4188 nəfər tibbi müayinədən keçirilib. Müayinələr zamanı diabet aşkarlanan 25 nəfər qanda şəkərin müntəzəm monitorinqini həyata keçirmək üçün qlükometr (şəkərölçmə cihazı) ilə təmin edilib. Eyni zamanda, 7 şəhid və qazi ailəsinə də qanda şəkərin müntəzəm monitorinqi üçün qlükometr (şəkərölçmə cihazı) təqdim olunub.
Sakinlərə tibbi müayinələrin əhəmiyyəti barədə məlumat verilib və sağlamlıq vəziyyətinə vaxtında nəzarət etməyin vacibliyi vurğulanıb.


Xəbəri paylaş


SENTYABR-2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova