Sizin Reklam Burada!

RGEM həşəratların çoxalma ocaqlarını müəyyən etmək məqsədilə mütəmadi monitorinqlər aparır

RGEM həşəratların çoxalma ocaqlarını müəyyən etmək məqsədilə mütəmadi monitorinqlər aparır

Ölkədə həşəratların çoxalma ocaqlarının müəyyən edilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır. Zərurət yaranan ərazilərdə dezinfeksiya və dezinseksiya tədbirləri həyata keçirilir. Durğun su mənbələrinin ləğv edilməsi, tullantıların vaxtında daşınması, ərazilərin sanitariya vəziyyətinin yaxşılaşdırılması həşəratların sayının azalmasına mühüm təsir göstərir.
Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) məlumat verilib.
Bildirilib ki, yay mövsümündə müşahidə edilən yüksək temperatur və yağıntıların miqdarındakı dəyişikliklər həşəratların, xüsusilə də ağcaqanadların, milçəklərin və bəzi digər həşərat növlərinin aktivliyinə təsir göstərə bilər. Bununla əlaqədar olaraq, daxil olan bütün müraciətlər operativ şəkildə araşdırılır, aidiyyəti qurumlara yönləndirilir. Vətəndaşlara fərdi qoruma tədbirlərinin görülməsi tövsiyə edilir.
“Ayrı-ayrı bölgələrdə iqlim və ekoloji şəraitdən asılı olaraq bəzi həşərat növlərinin sayında mövsümi dəyişikliklər müşahidə oluna bilər. Ağcaqanad, gənə və digər həşəratlardan qorunmaq üçün repellentlərdən istifadə etmək, uzunqol və açıq rəngli geyimlər geyinmək, pəncərələrdə torlardan istifadə etmək, durğun suyun toplanmasına yol verməmək və təbiətdə olduqdan sonra bədəni gənələrin olub-olmamasına görə yoxlamaq tövsiyə edilir”, - deyə məlumatda vurğulanıb.
Həmçinin diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda ağcaqanadlar vasitəsilə yayılan infeksiyalarla bağlı epidemioloji vəziyyət sabitdir.


Xəbəri paylaş


Avqust 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova