Əhalinin icbari tibbi sığortası sahəsində sənədlərə dəyişiklik edilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Kollegiyası “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Qərar qəbul edib.
Sənəddə deyilir ki, Nazirliyin Kollegiyası “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 aprel tarixli 194s nömrəli Sərəncamının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq, ƏƏSMN-nin Kollegiyasının 2006-cı il 26 dekabr tarixli 16 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda və 2017-ci il 26 dekabr tarixli 19-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”da dəyişikliyi təsdiq edib.
Dəyişikliyə əsasən, Vahid Tarif-İxtisas Sorğu Kitabçasının “Tarif-ixtisas xüsusiyyətləri”nin “1.2. Mütəxəssislər” bölməsinin “Tibbi-sosial ekspertiza üzrə həkim-ekspert” və “Sosial sahə üzrə tibb bacısı (qardaşı) (böyük tibb bacısı (qardaşı) da daxil olmaqla)” hissələrinin onuncu abzaslarında “Tibbi-Sosial Ekspertiza və Reabilitasiya” sözləri “Tibbi Sığorta və Ekspertiza” sözləri ilə əvəz edilib.
Adı çəkilən Təlimatda isə 2.1-ci bənddə “yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət)” sözləri “tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz olunub, həmçinin 3.5-ci bənddə “Xidmət” sözü “Agentlik” sözü ilə əvəz edilib.
Xəbəri paylaş







