Sizin Reklam Burada!

Səhiyyənin müxtəlif istiqamətləri üzrə statistik və real vaxt rejimində məlumatların təhlili aparılır

Səhiyyənin müxtəlif istiqamətləri üzrə statistik və real vaxt rejimində məlumatların təhlili aparılır

Son illərdə Səhiyyə Nazirliyi tərəfindən səhiyyə sisteminin rəqəmsal transformasiyası istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilib. Bu layihələrin əsas məqsədi səhiyyə xidmətlərinin əlçatanlığını, keyfiyyətini və şəffaflığını artırmaq, idarəetmə proseslərini müasir rəqəmsal həllər əsasında formalaşdırmaq, qərar qəbuletməni məlumatlara əsaslanan model üzərində qurmaq və vətəndaşlara göstərilən xidmətləri tam rəqəmsal müstəviyə keçirməkdir.
Bu barədə Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzindən bildirilib ki, bu istiqamətdə, ilk növbədə, nazirlikdə və tabeli qurumlarda elektron sənəd dövriyyəsi sisteminin tətbiqi genişləndirilib, daxili və xarici yazışmaların, müraciətlərin, arayışların və digər inzibati proseslərin elektron formada idarə olunması təmin edilib. Nəticədə, sənəd mübadiləsinin operativliyi artırılıb, qərar qəbuletmə prosesləri sürətləndirilib, idarəetmədə şəffaflıq yüksəlib və kağız daşıyıcılardan istifadə əhəmiyyətli dərəcədə azalıb.
Səhiyyə Nazirliyi tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərlə yanaşı, daxili idarəetmə proseslərinin rəqəmsallaşdırılması istiqamətində də mühüm layihələr həyata keçirilib. Belə ki, 2025-ci ildə dövlət sektorunda ilk dəfə olaraq dövlət qulluqçularının iş mühitinin avtomatlaşdırılmasını təmin edən “Rəqəmsal iş yeri – İntranet” sistemi istifadəyə verilib. Təhlükəsiz və qapalı şəbəkə mühitində fəaliyyət göstərən platforma əməkdaşların daxili resurslara çıxışını, sənəd dövriyyəsini, informasiya mübadiləsini və iş proseslərinin operativ idarə olunmasını vahid rəqəmsal mühitdə birləşdirir.
“İntranet” platformasına inteqrasiya olunmuş “Vətəndaşların sağlamlıq vəziyyətinin və səhiyyənin analizi və monitorinqi” sistemi vasitəsilə səhiyyənin müxtəlif istiqamətləri üzrə statistik və real vaxt rejimində formalaşan məlumatların təhlili həyata keçirilir. Bu həll əhalinin sağlamlıq göstəricilərinin davamlı monitorinqinə, səhiyyə sahəsində mövcud tendensiyaların müəyyənləşdirilməsinə, resursların daha səmərəli planlaşdırılmasına və strateji qərarların məlumatlara əsaslanaraq qəbul edilməsinə imkan yaradır.


Xəbəri paylaş



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova