Sizin Reklam Burada!

Kiçik ürəklərə böyük qayğı

Kiçik ürəklərə böyük qayğı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səhiyyə Nazirliyi Xankəndidə tibbi aksiya keçirib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu tərəfindən Xankəndi şəhərində yaşayan uşaqlar üçün genişmiqyaslı səyyar tibbi müayinələr təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçirilən bu təşəbbüs azad olunmuş ərazilərə qayıdan ailələrin övladlarının keyfiyyətli səhiyyə xidmətlərinə çıxışını gücləndirmək və uşaqların sağlam inkişafını dəstəkləmək məqsədi daşıyıb. Uşaqlara göstərilən diqqət və qayğı aksiya boyu xüsusi rəmzi məna kəsb edərək Uşaqların Müdafiəsi Gününün mahiyyətini daha da dərinləşdirib.
Aksiya çərçivəsində institutun yüksək ixtisaslı həkim komandası – pediatrlar, nevroloqlar, kardioloqlar, endokrinoloqlar, oftalmoloqlar, otorinolarinqoloqlar və digər mütəxəssislər – uşaqları hərtərəfli tibbi müayinədən keçirib. Onların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, profilaktik baxışlar aparılıb, zəruri laborator və instrumental müayinələr icra olunub.
Ümumilikdə 310-a yaxın uşaq tibbi baxışdan keçirilib.
Aşkarlanan xəstəliklər və sağlamlıq problemləri ilə bağlı valideynlərə ətraflı tibbi məsləhətlər, fərdi tövsiyələr verilib. Ehtiyac yarandığı hallarda uşaqlar ixtisaslaşmış tibb müəssisələrində müalicə və davamlı nəzarətə yönləndiriliblər.


Aksiya çərçivəsində valideynlərlə maarifləndirici görüşlər keçirilib, uşaqların düzgün qidalanması, peyvəndlənmə, mövsümi xəstəliklərdən qorunma, sağlam həyat tərzi və psixoloji inkişaf kimi mühüm mövzular ətraflı izah olunub.


Xəbəri paylaş



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova