Sizin Reklam Burada!

Uşaqların zərərli informasiyadan qorunması ictimai müzakirə olunub

Uşaqların zərərli informasiyadan qorunması ictimai müzakirə olunub

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin ictimai müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumları, media subyektləri və jurnalist təşkilatlarının səlahiyyətli nümayəndələri, həmçinin əlaqəli sahələr üzrə məsul şəxslər, rəqəmsal məzmun yaradıcıları və ekspertlər iştirak ediblər.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, İnzibati Xətalar Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda, eləcə də digər aidiyyəti normativ-hüquqi aktlarda dəyişikliklər edilməsi barədə qanun layihəsi uşaqların virtual məkanda təhlükəsizliyinin təmin edilməsinə, bütövlükdə isə milli rəqəmsal ekosistemin hüquqi tənzimlənməsinə yönəlib. O vurğulayıb ki, həm universal etik normalara, həm milli maraqlarımıza, həm də qabaqcıl beynəlxalq hüquqi standartlara tam cavab verən bu dəyişikliklər milli informasiya mühitinin sağlamlaşdırılmasına və gələcək nəsillərin qorunmasına mühüm töhfə verəcək.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə müasir informasiya mühitində baş verən transformasiyalar, rəqəmsal platformaların cəmiyyətin həyatına təsiri və bu sahədə hüquqi tənzimləmələrin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Qeyd edib ki, informasiya təhlükəsizliyinin təmin edilməsi, vətəndaşların hüquqlarının qorunması və sağlam informasiya mühitinin formalaşdırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Səhiyyə Nazirliyinin sektor müdiri Aynurə Zeynalova informasiya mühitinin uşaqların və yeniyetmələrin psixoloji rifahına təsirindən bəhs edib. O vurğulayıb ki, zərərli məzmunun mümkün təsirlərinin azaldılması, profilaktik tədbirlərin gücləndirilməsi və valideynlərin məlumatlandırılması sağlam inkişaf mühitinin formalaşdırılması baxımından vacibdir.
Digər çıxış edənlər – rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, Milli Kibertəhlükəsizlik Agentliyinin sektor müdiri Həvva Hüseynli, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov və başqaları rəqəmsallaşmanın sürətlə genişləndiyi şəraitdə informasiya təhlükəsizliyi məsələlərinin aktuallığından bəhs ediblər. Bildirilib ki, rəqəmsal mühitdə istifadəçilərin hüquqlarının qorunması, məsuliyyətli davranışın təşviqi və təhlükəsiz informasiya ekosisteminin yaradılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi olduqca vacibdir. Təklif olunan yeniliklər informasiya mühitində mövcud çağırışlara uyğun hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və rəqəmsal təhlükəsizliyin daha effektiv təmin olunmasına xidmət edir.
İctimai müzakirə zamanı iştirakçılar tərəfindən qanun layihəsində nəzərdə tutulan dəyişikliklər ətrafında geniş və fəal fikir mübadiləsi aparılıb, müxtəlif yanaşmalar və mövqelər səsləndirilib, təkliflər irəli sürülüb. Layihənin ayrı-ayrı müddəaları üzrə aktiv diskussiyalar keçirilib, iştirakçıları maraqlandıran məsələlər ətrafında ətraflı mülahizələr təqdim olunub, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində konstruktiv yanaşmalar irəli sürülüb. Eyni zamanda, dəyişikliklərin mümkün təsirləri, tətbiqi mexanizmləri və gözlənilən nəticələri ilə bağlı baxışlar bölüşülərək peşəkar və səmərəli dialoq mühiti formalaşıb.


Xəbəri paylaş


İyun 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova