Naxçıvanda ağciyər xəstəlikləri üzrə konfrans keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və nazirliyin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Naxçıvan şəhərində “Ağciyər xəstəliklərinin diaqnostikası və müalicəsinə müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığ məlumata görə, tədbirdə Vərəmlə Mübarizə üzrə Milli Proqramın rəhbəri, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş direktoru İradə Axundova, Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanlarının Xəstəlikləri Sanatoriyasının direktoru Rəşid Bədəlov, QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov və ETAXİ-nun struktur bölmə rəhbərləri iştirak ediblər.
Konfransın əsas məqsədi tənəffüs sistemi xəstəliklərinin erkən diaqnostikası, müasir müalicə yanaşmaları, profilaktik tədbirlər və bu sahədə tətbiq olunan yeniliklərin tibb ictimaiyyətinin diqqətinə çatdırılması olub.
Xəbəri paylaş







