Antidopinq Komitəsi idmançıların müraciətlərini araşdırıb

Səhiyyə Nazirliyinin Antidopinq İntizam Komitəsinin iclası keçirilib.
Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, Antidopinq İntizam Komitəsinin sədri İsmayıl Əfəndiyevin sədrliyi ilə baş tutan iclasda idmançılar tərəfindən daxil olmuş müraciətlər əsasında dopinq qayda pozuntuları ilə bağlı məsələlərə baxılıb.
Dinləmələr Dünya Antidopinq Kodeksinin tələblərinə uyğun olaraq, bütün maraqlı tərəflərin iştirakı ilə açıq, şəffaf və obyektiv şəkildə aparılıb. Müzakirələr zamanı təqdim olunmuş materiallar hərtərəfli araşdırılıb və ədalətli qərarlar qəbul edilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Antidopinq İntizam Komitəsinin tərkibinə bu sahə üzrə ölkənin aparıcı tibb mütəxəssisləri və hüquqşünaslar daxildir.
Xəbəri paylaş







