Sizin Reklam Burada!

Cəbrayılda növbəti sağlamlıq aksiyası zamanı 120 nəfər müayinə olunub

Cəbrayılda növbəti sağlamlıq aksiyası zamanı 120 nəfər müayinə olunub

Səhiyyə Nazirliyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində kompleks tibbi müayinələri və maarifləndirici tədbirləri davam etdirir. Bu məqsədlə növbəti aksiya Cəbrayıl rayonunda uğurla keçirilib.
Bu barədə Nazirliyin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, bu məqsədlə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun ixtisaslaşmış tibbi heyətinin Cəbrayıl şəhərində keçirdiyi növbəti tibbi-humanitar aksiya çərçivəsində bölgə sakinlərinə konsultativ və profilaktik tibbi xidmətlər göstərilib. Tibbi heyətin tərkibində 6 mama-ginekoloq, 1 ultrasəs müayinəsi üzrə həkim, 1 neonatoloq, 1 mama və 1 tibb bacısı yer alıb.
Aksiya zamanı qadınlar üçün geniş ginekoloji müayinələr aparılıb, reproduktiv sağlamlıq, hamiləliyin planlaşdırılması, sonsuzluq, hormonal dəyişikliklər və hamiləlik dövründə tibbi nəzarət mövzularında konsultasiyalar təqdim olunub. Ultrasəs müayinələri vasitəsilə pasiyentlərin sağlamlıq göstəriciləri qiymətləndirilib, hər bir müraciət edən şəxsə fərdi tibbi tövsiyələr verilib.
Səyyar tibbi xidmət yalnız qadın sağlamlığı ilə məhdudlaşmayıb. Körpə və uşaqlar neonatoloq tərəfindən müayinə olunub, onların sağlamlıq vəziyyəti dəyərləndirilib. Valideynlərlə aparılan maarifləndirici söhbətlərdə düzgün qidalanma, erkən inkişaf mərhələləri, immunitetin qorunması və mütəmadi tibbi nəzarətin əhəmiyyəti xüsusi vurğulanıb.
Tibbi aksiya zamanı 120 nəfər müayinədən keçirilib.
Həkimlərin əhali ilə keçirdiyi maarifləndirici görüşlərdə ana və uşaq sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, profilaktik müayinələrin vacibliyi və sağlam həyat tərzinin təşviqi əsas mesaj kimi ön plana çıxıb.
Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən bu cür səyyar tibbi-humanitar aksiyalar regionlarda yaşayan vətəndaşların ixtisaslaşmış tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, xüsusilə qadın və uşaq sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.


Xəbəri paylaş



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova