AMEA əməkdaşları üçün müayinə və maarifləndirmə aksiyası təşkil olunub

AMEA əməkdaşları üçün müayinə və maarifləndirmə aksiyası təşkil olunub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC) və “Servye Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə “Hədəf 130/80” layihəsi çərçivəsində tibbi müayinə aksiyası keçirilib.
Mərkəzdən verilən məlumata görə, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək əhalinin sağlamlığının qorunması istiqamətində təşkil olunan belə maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb. Akademik AMEA ilə Səhiyyə Nazirliyi arasında birgə tədbirlərin təşkilini yüksək qiymətləndirərək, sosial-tibbi layihələrin genişləndirilməsinin elmi ictimaiyyətin sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıdığını bildirib.
İSİM-in direktor müavini Qəhrəman Haqverdiyev ölkəmizdə qeyri-infeksion xəstəliklərin profilaktikası istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayaraq, erkən diaqnostikanın əhalinin sağlamlıq göstəricilərinin yüksəldilməsində həlledici rol oynadığını diqqətə çatdırıb.
Tibb üzrə fəlsəfə doktoru, kardioloq Ülvi Mirzoyev AMEA əməkdaşları üçün icra olunan bu müayinə aksiyasının ürək-damar xəstəliklərindən qorunması və cəmiyyətdə erkən profilaktika mədəniyyətinin gücləndirilməsinə xidmət etdiyini deyib.
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, tibb elmləri doktoru Yasmin Rüstəmova ürək-damar xəstəliklərinin əsas risk amillərindən söz açaraq bildirib ki, həyata keçirilən layihə yüksək arterial təzyiqin qarşısının alınmasına, eləcə də bu xəstəliklərlə bağlı yaranan risklərin minimuma endirilməsinə xidmət edir.
“Servye Azərbaycan” şirkətinin direktoru Rişad Təhməzov layihənin əhəmiyyətinə toxunaraq, belə təşəbbüslərin cəmiyyətin sağlamlıq rifahına mühüm töhfə verdiyini qeyd edib. Bildirib ki, aksiya çərçivəsində əməkdaşların arterial təzyiqi ölçülür, ürək-damar xəstəlikləri üzrə erkən diaqnostik müayinələr aparılır. Eyni zamanda, iştirakçılara risk faktorlarının qarşısının alınması və sağlam həyat tərzinin mənimsənilməsi istiqamətində tibbi tövsiyələr verilir.
AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova söyləyib ki, belə sosial layihələrin məqsədi əməkdaşlar arasında sağlam həyat tərzini təşviq etmək və xəstəliklərin vaxtında aşkarlanmasına imkan yaratmaqdır.
Rəsmi hissədən sonra müayinə aksiyasına başlanılıb. AMEA əməkdaşları xüsusi ayrılmış sahədə kardioloq və tibb heyəti tərəfindən müayinə olunublar.
Müayinə aksiyasında iştirak edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli aksiyanın təşkilini yüksək qiymətləndirərək bildirib ki, elmi potensialın qorunması ilk növbədə alimlərimizin və əməkdaşlarımızın sağlamlığından asılıdır. AMEA rəhbəri əməkdaşları bu imkandan aktiv yararlanmağa və sağlamlıqlarına xüsusi diqqət yetirməyə çağırıb.
Üç gün davam edən aksiya çərçivəsində əməkdaşların arterial təzyiqi ölçülüb, ürək-damar sisteminin vəziyyəti qiymətləndirilib və fərdi tibbi məsləhətlər verilib.



Xəbəri paylaş



Aprel 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova