“UpToDate” platformasının təqdimatı keçirilib

“UpToDate” platformasının təqdimatı keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) dünyanın ən nüfuzlu klinik qərar dəstəyi platforması olan “UpToDate”in təqdimat tədbiri keçirilib.
Mərkəzdən verilən məlumata görə, Tədbirdə İSİM əməkdaşları ilə yanaşı, “UpToDate” platformasının regional nümayəndəsi, tibbi innovasiyalar üzrə ekspert Vildan Kandur Stanio, Səhiyyə Nazirliyinin “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” Publik Hüquqi Şəxsin aparıcı mütəxəssisi Sevinc Topçubaşova, mütəxəssis Səbinə Rzayeva və digər həmkarlar iştirak ediblər.
İSİM-in direktoru Səbinə Babazadə qonaqları salamlayaraq, son illərdə tibbi innovasiyaların və müasir klinik protokolların səhiyyə sistemimizə inteqrasiyası sahəsində əldə olunan nailiyyətləri vurğulayıb.
“UpToDate” platformasının regional nümayəndəsi Vildan Kandur Stanio platformanın üstünlükləri, Expert AI (süni intellekt əlavəsi), funksional imkanları və praktik tətbiqi barədə ətraflı məlumat verib. O qeyd edib ki, “UpToDate” həkimlərə sübutlu tibbi məlumat bazasına çıxış təmin etməklə diaqnostika və müalicə proseslərini daha dəqiq və effektiv şəkildə qurmağa kömək edir.
Tədbir zamanı platformanın praktiki istifadəsi nümayiş etdirilib, iştirakçıların sualları ətrafında geniş müzakirələr aparılıb.
Belə innovativ həllərin tətbiqi səhiyyə xidmətlərinin keyfiyyətini yüksəltməyə, pasiyent məmnuniyyətini artırmağa və müasir tibbi yanaşmaları genişləndirməyə xidmət edir.



Xəbəri paylaş



Aprel 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova