Uşaqlarda vərəmin qarşısının alınması yolları müzakirə edildi

Uşaqlarda vərəmin qarşısının alınması yolları müzakirə edildi

Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı və Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs Orqanları Xəstəlikləri Sanatoriyasının dəstəyi ilə “Uşaqlarda vərəmin profilaktikasına müasir yanaşmalar” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə sanatoriyanın direktoru Rəşid Bədəlov uşaqlar arasında vərəmlə mübarizə sahəsində son illər mühüm nailiyyətlərin əldə olunduğunu bildirib. Onun sözlərinə görə, sanatoriya şəraitində aparılan kompleks müalicə və reabilitasiya tədbirləri uşaqların sağlamlığının bərpasında mühüm rol oynayır. Direktor erkən diaqnostika və düzgün təşkil edilmiş profilaktik tədbirlərin xəstəliyin yayılmasının qarşısının alınmasında əsas amillər olduğunu qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Cəvahir Süleymanova vurğulayıb ki, uşaqlarda vərəmin profilaktikası qlobal səhiyyə gündəliyinin prioritet istiqamətlərindən biridir. O qeyd edib ki, beynəlxalq təcrübədə risk qruplarının müəyyənləşdirilməsi, peyvəndləmə və maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət daşıyır.
Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib ki, əhali arasında məlumatlandırma işlərinin genişləndirilməsi, xüsusilə valideynlərin maarifləndirilməsi uşaqların sağlamlığının qorunmasına mühüm töhfə verir.
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş direktoru İradə Axundova elmi yanaşmaların və innovativ müalicə metodlarının tətbiqinin vacibliyini diqqətə çatdırıb. O bildirib ki, institut tərəfindən aparılan tədqiqatlar vərəmin erkən aşkarlanması və effektiv müalicə üsullarının müəyyən olunmasına yönəlib.
Milli Məclisin deputatları Soltan Məmmədov və İlham Məmmədov qeyd ediblər ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən səhiyyə sahəsinə göstərilən diqqət və qayğı vərəmlə mübarizədə də özünü göstərir. Bildirilib ki, qanunvericilik səviyyəsində qəbul edilən qərarlar bu sahədə tədbirlərin daha effektiv həyata keçirilməsinə şərait yaradır.
Tədbir çərçivəsində “Uşaqlarda vərəmin sanator müalicəsinə müasir baxış” və “Mikroblar haqqında nə bilirik?” mövzuları ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Tədbir bədii hissə ilə yekunlaşıb.


Xəbəri paylaş



Aprel 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova