Səhiyyə naziri Azərbaycanda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə əmr imzalayıb

Səhiyyə naziri Azərbaycanda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə əmr imzalayıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə əsasən, 2026-cı ilin 19–25 aprel tarixlərində Azərbaycanın şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilib. Bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, əmrdə ölkənin bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” çərçivəsində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsinin xüsusilə aşağı olan rayonlarda monitorinqlərin aparılması, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulub.
Əmrə uyğun olaraq, “İmmunlaşdırma Həftəsi” zamanı bir sıra rayonlarda silsilə tədbirlər keçirilib. Müvafiq mövzularda poster və yaddaş vərəqələri hazırlanaraq ölkənin tibb idarə və müəssisələrində əhaliyə paylanıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən hər il ÜST-nin Avropa regionu ölkələrində “İmmunlaşdırma həftəsi” keçirilir və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi də bu tədbirə qoşulur.


Xəbəri paylaş



Aprel 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova